ÇİLƏ GECƏSİ.
21-12-2024, 08:14

BU GECƏ çılə gecəsidir. İlin 365 gecəsinin ən uzunu və 40 gün davam edən böyük çillənin ilk gecəsi bu gündən başlayır.
BU GECƏ qədim TÜRK xalqlariı min illərin ənənəsinə sadiq qalaraq "ÇİLƏ GECƏSİ" ni qeyd edirlər.
İLİN ƏN UZUN GECƏSİ VƏ YA QIŞ GÜNDÖNÜMÜ.
AZƏRBAYCANİN bölgələrində "ÇİLƏ AXŞAMI" bu gecənin və bölgələrin ən əhəmiyyətli atributları olan PLOV bişirilir, QARPIZ 🍉🍉🍉 kəsilir.
AZƏRBACANİN Lənkəran və Astara bölgəsidə, Lənkəran xanlığı, Şəki Balakən bölgəsində yaşayan türklər, Naxçıvan bölgəsində yaşayan Gəngər türkləri, Bakı şəhəri və ətraf kəndləridə yaşayan türklər unudulmuş qədim TÜRK gelenegi olan bu bayramı qeyd edirlər. Eləcə də Anadolu Oğuz türkləri, indiki Gürcüstan ərazisində yaşayan Bun, Qarapapaq, Tərəkəmə və Ahista türkləri, indiki Ermənistan ərazisi olan İrəvan xanlığında yasâmis Oğuz və Qıpçaq türkləri, ındiki İran ərazisində yaşayan 40 milyondan çox türk xalqları bu bayramı qeyd edirlər.
ÇİLƏ BAYRAMI dekabrın 21-nə keçən gecə, yəni QIŞ başlandığı gün qeyd edilir. "ÇİLƏ” xalq arasında "AĞIRLIQ, SIXINTI, XƏSTƏLİK” mənalarında da başa düşülsə də, insanlar çilləni bayram kimi keçirməklə qışdan, xəstəlikdən qorxmadığını ifadə edirlər. Çillədə qarpız kəsəndə deyərlər ki, "AY QARPIZ, SƏNİ MƏN NECƏ KƏSİRƏMSƏ, ÇİLƏNİ DƏ BELƏ TEZ KƏSİM”. YƏNİ QIŞI DƏRDSİZ, BƏLASIZ BAŞA VURUM.
ADƏTƏ görə "ÇİLƏ” AXŞAMI" qırmızı paltar ğeyinərdilər. Qədim türk inancına görə qırmızı və qızılı rəng Günəş simvolu hesab olunur. İnsanlara istilik, şənlik və xoşbəxtlik gətirir. Eyni zamanda qırmızı rəng qutsal hesab olunur. Gəlinin duvağı və paltarı, nişanlı qızların paltarları və nişanli oğlanlarin köynəkləri, bayram paltarları qırmızı rəngdə olurdu.
QƏDİM inanclara görə hər kəs "ÇILƏ AXSAMİ" ürəyində niyyət tutub ÇILƏ QARPİZİNDAN bir dilim yesə, həm niyyətinə çatar, həm də növbəti qışa qədər azar bezardan uzaq olar.
NİYYƏTLƏRİNİZ çin, canınız sağlam, süfrələriniz bol olsun!!
UNUDULMUŞ GELENEKLERİMİZİ YAŞADAQ, SAHİB ÇIXAQ VƏ QORUYAQ!!!
ÇİLƏ BAYRAMINİZ QUTLU OLSUN!
Sevda Amanova
TEREF