Əncir qan təzyiqini tənzimləməyə və qanda qlükoza səviyyəsini normallaşdırmağa kömək edir.Foodinfo.az bildirir ki, əncir ən qədim becərilən meyvələrdən biridir. Onun tərkibində çoxlu vitamin və minerallar var. Təzə meyvənin hər təxminən 100 qramında: vitamin B6 (0,1 mq, 8,7%); vitamin B5 (0,3 mq, 6,0%); mis (0,1 mq, 7,8%); manqan (0,1 mq, 5,6%); kalium (232 mq, 4,9%) var.Əncirin tərkibində olan kalium və maqnezium qan təzyiqini tənzimləməyə kömək edir. Antioksidantlar zərərli xolesterinin səviyyəsini aşağı salmağa kömək edir, ateroskleroz və digər ürək-damar xəstəlikləri riskinin qarşısını alır.