İtlərin döyüşünü təşkil etdilər: Polis hərəkətə keçdi VİDEO

18-02-2025, 09:36           
İtlərin döyüşünü təşkil etdilər: Polis hərəkətə keçdi  VİDEO
Sosial şəbəkədə itlərin döyüşdürülməsi ilə bağlı görüntülər yayımlanıb.

Oxu.Az xəbər verir ki, Nizami Ramazanov adlı heyvansevər şəxs bununla bağlı video paylaşıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) dərhal reaksiya verilib. Qurumdan Nizami Ramazanova bildirilib ki, araşdırmalara başlanılıb:

"Dostlar, paylaşdığım it döyüşləri ilə bağlı olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları mənimlə əlaqə saxladılar.

Hazırda DİN tərəfindən it döyüşdürən şəxslərin tapılması ilə bağlı araşdırma aparıldığı qeyd olundu".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru