"Belə çətin suallar verilərkən..." — Şagirdlərə imtahan sualları hazırlanarkən yaşları nəzərə alınırmı?

Dünən, 00:15           
"Belə çətin suallar verilərkən..." —
Lisey və gimnaziyalara dördüncü sinif( beşinci sinfə qəbul) qəbul sınağına "baş çəkmək" ifadəsinin sinonimini soruşan sual əlavə olunub. Doğru cavabın "yoluxmaq" sözü olduğu qeyd edilib. Sualın çətinliyi valideynlərdə narazılıq doğurub.

Məsələ ilə bağlı dilçi alimTəranə Şükürlü bildirib ki, "baş çəkmək" frazeoloji birləşmədir və bir çox mənası var:

"Yoluxmaq" ifadəsi ilə eyni mənada olarkən xəstəliyə yoluxmaq yox, "baş çəkmək" mənasını verir. Hal-hazırda şagirdlərdə lüğət ehtiyatı azdır. Ona görə də belə sözlərin qarşılığını tapa bilmirlər. Şagirdlərə belə çətin suallar verilərkən yaş səviyyəsi nəzərə alınmalıdır".

Sosioloq Lalə Mehralı narazılıq ilə bağlı bunları deyib:

"Mütaliəsi olan insanların hər biri nə zamansa "yoluxmaq" sözünün bu cür məna verdiyinə rast gəlib. Birinə baş çəkməyə getmək, onu yoluxmaq mənasını da verir. 4-cü sinif şagirdləri isə bu sözü bilməlidirlər, ancaq bilməyə borclu deyillər. Ona görə bilməlidirlər ki, lisey, gimnaziya imtahanında qarşılarına çıxa bilər. 10-11 yaşında uşaq üçün bu cür suallar normaldır. Ona görə bilməyə bilərlər ki, onlar hələ Azərbaycan dilinin təməl qaydalarını öyrənirlər. Zənnimcə, lisey və gimnaziya qəbulu üçün bu cür suallar normaldır. Birinci siniflərə daha çətin suallar verildiyini görmüşəm. Uşaqların bu sözü bilməməsi də normaldır. Təəssüf ki, ibtidai sinifdə uşaqların mütaliə səviyyəsi sıfırdır. Tətillərdə sinifdənxaric oxu üçün mütaliə etmirlər. 20-30 il əvvəl məktəblilərlə müqayisədə, hazırda mütaliə səviyyəsi çox aşağıdır. Elə buna görə də dilin fərqli ifadələrindən bixəbər olurlar".
Demokrat.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.