Trampın qərarı fillər və kərgədanları risk altına atdı
7-03-2025, 10:06

ABŞ-də ekoloqlar Prezident Donald Tramp administrasiyasını nəsli kəsilməkdə olan vəhşi heyvanların qorunması ilə bağlı işlərə ayrılan maliyyəni kəsmək qərarından dönməyə çağırıblar.
Bu barədə "TRT Haber" xəbər verir.
Məlumata görə, ABŞ-nin Ovçuluq və Vəhşi Təbiət Xidmətləri (FWS) tərəfindən idarə olunan milyonlarla dollarlıq qrantlar Tramp administrasiyası tərəfindən dayandırılıb.
Bu maliyyə vəsaitləri, xüsusilə iqtisadi gücü məhdud olan ölkələrdə nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan heyvan növlərinin qorunması üçün olduqca vacibdir.
Qeyd edilən vəsaitlər Afrikada kərgədanların qorunmasına istiqamətlənmiş işlər, qeyri-qanuni ovçuluqla mübarizə üçün patrul xidmətləri, həmçinin fillər, şirinsu tısbağaları və kəpənək kimi növlərin mühafizəsi üçün istifadə edilirdi.
Ətraf Mühitin Müxtəlifliyi Mərkəzindən verilən açıqlamada maliyyələşmənin dondurulmasının ağlasığmaz, təəssüf doğuran və son dərəcə qanundankənar olduğu bildirilib.
Həmçinin bu vəsaitlərin ABŞ xalqının sevdiyi heyvanları qorumaq üçün vacib olduğu vurğulanıb.
Ekoloqlar maliyyənin kəsilməsinin nəsli kəsilməkdə olan növlər haqqında ABŞ qanunlarını pozduğunu və yenidən nəzərdən keçirilməsinin zəruriliyini bildiriblər.