Misirdə Giza piramidalarının altında böyük və izaholunmaz obyekt tapılıb
Dünən, 17:44
Dünyanın qabaqcıl nəşrləri hazırda bu xəbərlə çalxalanır. Misirdə Giza piramidalarının altında böyük və izaholunmaz obyekt tapılıb. Tarixin susduğu sirli strukturlar şəbəkəsi. İtaliyalı bir qrup piramidaların altındakı yerləri skan edib və tapdıqları budur: • Xafre piramidasının altında beş səviyyəli və maili damları olan 5 eyni tikili var • Aşağıda dərinliyi 648 metrə çatan 8 spiral quyu var • Bütün elementlər hər birinin eni 80 metr olan iki kub ilə birləşdirilir; • Yeraltı tikilinin ümumi uzunluğu təxminən 2 kilometrdir • Arxeoloqlar əmindirlər ki, bu insan əməyinin məhsuludur və təbiət belə bir şey inşa edə bilməzdi Alimlər genişmiqyaslı araşdırmalara hazırlaşır. Mən isə ümid edirəm ki, bu obyekt o dövr üçün insan zeyhinin məhsulu ola bilməyəcək üst zəkanın əl işidir. Kim bilir, o sonsuz qumsallıqların altında tarix nələri gizlədir. Narmin Salmanova TEREF