Pula pul deməyən, sərvətləri ilə göz qamaşdıran AZƏRBAYCANLI QADINLAR

26-03-2025, 12:18           
Pula pul deməyən, sərvətləri ilə göz qamaşdıran AZƏRBAYCANLI QADINLAR
Azərbaycanın ən varlı qadınları arasında tanınmış biznesmenlər, bank sahibləri və digər sahələrdə uğurlar qazanan şəxslər yer alır. Onlar öz sərvətləri ilə ölkə iqtisadiyyatına mühüm təsir göstərən və nümunəvi iş qadınları kimi tanınırlar.

TEREF bildirir ki, Yenisabah.az onları araşdırıb:

Zərifə Həmzəyeva – "Premium Bank" ASC-nin əsas səhmdarıdır və bankın səhmlərinin 84,5%-nə sahibdir. Həmçinin "Gazelli Group" MMC-nin təsisçisidir. Zərifə Həmzəyeva, 130,6 milyon manatlıq sərvəti ilə Azərbaycanın ən varlı qadınları siyahısında yer alır.

Nigar Mehdiyeva – "Bank BTB" ASC-nin əsas səhmdarıdır və bankdakı payı 74,9%-dir. Bu, 49,8 milyon manatlıq sərvətə bərabərdir.

Yeganə Şirinova – "Günay Bank" və "Günay Sığorta" şirkətlərində pay sahibidir. Ümumi sərvəti 31,2 milyon manatdır.

Validə Abbasova – "Rabitəbank" ASC-də 30%-lik paya sahibdir və bu, 30,4 milyon manatlıq sərvət deməkdir.

Vəfa Vəliyeva – "Muğanbank"da 11,5 milyon manatlıq paya sahibdir.

Fəridə Mehdiyeva – "Muğanbank"da 10,8 milyon manatlıq paya sahibdir.

Dilarə Nuruyeva – "Rabitəbank"da 9,2 milyon manatlıq paya sahibdir.

Cəmilə və Məlahət Əsgərovalar – Hər biri "İpək Yolu" sığorta şirkətində 38,7% paya sahibdir və hər biri 5,7 milyon manatlıq sərvətə malikdir.

Nəzakət İsmayılova – "Meqa Sığorta" şirkətində 4,4 milyon manatlıq paya sahibdir.

Bu qadınlar yalnız sərvətləri ilə deyil, həm də Azərbaycanda biznes dünyasında yaratdıqları təsir və uğurlarına görə geniş tanınırlar. Onların əldə etdiyi nailiyyətlər, ölkədə qadın sahibkarlığının inkişafına mühüm töhfə verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru