Stomatoloq dişlərin təmizlənməsi üçün ən riskli vaxtı açıqladı

26-03-2025, 11:29           
Stomatoloq dişlərin təmizlənməsi üçün ən riskli vaxtı açıqladı
Dişlərinizi təmizləmək üçün ən uyğunsuz vaxtı seçsəniz, bu, ağız sağlamlığınıza ziyan vura bilər.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, stomatoloq Tarun Naqpal xüsusilə şirniyyat, məsələn şokolad yedikdən dərhal sonra dişləri təmizləməyin təhlükəli olduğunu bildirib.

Mütəxəssis izah edib ki, şirin qida qəbul etdikdən sonra ağızdakı bakteriyalar şəkəri emal etməyə başlayaraq turşu ifraz edirlər. Bu turşu müvəqqəti olaraq diş minasını yumşaldır. Belə bir anda dişləri təmizləmək qoruyucu təbəqənin aşınmasına səbəb ola bilər ki, bu da zamanla dişləri zəiflədəcək, həssaslığı artıracaq və kariyesin yaranması üçün şərait yaradacaq.

Stomatoloq şirniyyat qəbul etdikdən sonra ən azı 30 dəqiqə gözləməyi məsləhət görüb. Bu vaxt tüpürcəyin turşuluğu neytrallaşdırması və minanı bərpa etməsi üçün lazımdır. O, müvəqqəti həll kimi isə ağzı su ilə yaxalamağı və ya şəkərsiz saqqız çeynəməyi tövsiyə edib ki, bu da qida qalıqlarını təmizləyəcək və ağız boşluğunun təmizliyini qoruyacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru