Təyyarəyə minməzdən əvvəl tövsiyə edilən qida rasionu

26-03-2025, 12:16           
Təyyarəyə minməzdən əvvəl tövsiyə edilən qida rasionu
Təyyarə ilə yola çıxmazdan əvvəl qəbul edilməsi tövsiyə edilməyən qida və içkilər var.

Gazeta.ru xəbər verir ki, bu barədə tibb elmləri doktoru, aviasiya həkimləri assosiasiyasının prezidenti Olqa Verba məlumat verib.

O qeyd edib ki, xüsusən təzyiq problemi olan şəxslər uçuşdan əvvəl qazlı içkilərdən, ağır kalorili yeməklərdən istifadə etməməlidirlər.

Mütəxəssis qeyd edib ki, yuxarıda qeyd olunan qidalar mədə-bağırsaq problemi olan şəxslərdə uçuş müddətində narahatlıqlar yarada bilər.

"Uçuş saatında bir saat əvvəl bir stəkan təmiz su içmək tövsiyə olunur. Lakin bədəndə artıq mayenin olması tövsiyə edilmir. Nəhayət, uçuşdan əvvəl yatıb yuxunuza alın, çünki yorğunluq uçuşun stresini artıra bilər", - deyə mütəxəssis qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru