Koronavirusa yoluxub sağalmış insanlar daha tez-tez xəstələnirlər - TƏDQİQAT

21-04-2025, 16:18           
Koronavirusa yoluxub sağalmış insanlar daha tez-tez xəstələnirlər - TƏDQİQAT
COVID-19-a yoluxub sağalmış insanlar daha tez-tez və daha uzun müddətə xəstələnirlər.

Vokrugsveta.ru xəbər verir ki, ABŞ-ın Sent-Luis Universitetinin alimləri 800 mindən çox insanın tibbi məlumatlarını təhlil edərək bu nəticəyə gəliblər.

Tədqiqatlar göstərib ki, koronavirusa yoluxmuş şəxslərin digər infeksiyalara yoluxma riski 20-50% artır.

Koronavirusa yoluxmadan sonrakı bir il ərzində insanlar daha çox bakterial infeksiyalar, göbələk mənşəli xəstəliklər, tənəffüs yolu infeksiyaları və ağciyərlərlə bağlı kəskin problemlərlə üzləşiblər.

Eyni zamanda, koronavirusun yüngül forması belə orqanizmdə "iz" buraxır: immun sistemi xarici təhdidlərə qarşı daha zəif olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru