Hindistan-Pakistan gərginliyi: Silahlı qüvvələrin güc nisbəti necədir?

26-04-2025, 15:14           
Hindistan-Pakistan gərginliyi: Silahlı qüvvələrin güc nisbəti necədir?
Hindistan və Pakistan arasında artan gərginliyin miqyaslı müharibəyə çevrilmə ehtimalı var.

Hindistan Silahlı Qüvvələri bir sıra göstəricilərə, o cümlədən hərbi büdcəyə görə Pakistan Silahlı Qüvvələrindən xeyli üstündür.

Oxu.Az xəbər verir ki, Hindistan-Pakistan münasibətlərinin kəskin pisləşməsi fonunda "RİA Novosti" iki dövlətin hərbi potensialının müqayisəli təhlilini aparıb.

Dünya ölkələrinin müdafiə imkanlarını qiymətləndirən "Global Fire Power" reytinqinə əsasən, Hindistanın hərbi xərcləri 75 milyard dollar təşkil edir, bu da Pakistanın müdafiə büdcəsindən (7.64 milyard dollar) 10 dəfə çoxdur. Nyu-Dehli silahlı qüvvələrin şəxsi heyətinin sayında da əhəmiyyətli üstünlüyə malikdir: Pakistanın 654 min, Hindistanın isə 1.45 milyon hərbçisi var.

Texniki təchizat baxımından Pakistan ordusu Hindistan ordusundan cəmi iki göstəricidə üstündür: özüyeriyən artilleriya sistemlərinin və raket qurğularının sayı. Eyni zamanda, Hindistanda 180, Pakistanda isə 170 nüvə başlığı var.
Hindistan-Pakistan gərginliyi: Silahlı qüvvələrin güc nisbəti necədir?













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru