Alimlər əsrin sonuna qədər qarın yağmadığı qışların artacağını xəbərdarlıq ediblər

1-05-2025, 12:34           
Alimlər əsrin sonuna qədər qarın yağmadığı qışların artacağını xəbərdarlıq ediblər
Çinin Urumçi şəhərindəki Sinszyan Ekologiya və Coğrafiya İnstitutunun iqlimşünasları qlobal istiləşmənin nəticəsi olaraq dünyanın "qar quraqlığı dövrlərinin" kəskin şəkildə artacağı qənaətinə gəliblər.

32gun.az xəbər verir ki, Tədqiqat Geophysical Research Letters (GRL) elmi jurnalında dərc edilib.

Qar quraqlıqları iki növə ayrılır: "quru" (qışda az yağıntı düşür) və "isti" (yüksək temperatur nəticəsində qar əvvəl ərəyir və ya yağışa çevrilir).

CMIP6 iqlim modelinə əsaslanan proqnozlara görə, 2050-ci ilə qədər qar quraqlıqlarının 65%-i "isti" olacaq. Yüksək emissiya ssenarisi (SSP5-8.5) altında isə 2100-cü ilə qədər bu hadisələrin tezliyi 6,6 dəfə artacaq və "quru-isti" birləşmiş hadisələr, ekosistemlər və su təchizatı üçün ən təhlükəli olanlar, 3,7 dəfə daha çox baş verəcək.

Ən böyük risklər orta və yüksək enliklərdəki bölgələrə, dağ sistemlərinə və ərimiş suya bağlı ərazilərə aiddir. Bu, kənd təsərrüfatı, hidroenergetika və milyonlarla insanın içməli su mənbələri üçün təhlükə yaradacaq.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, əldə olunan məlumatlar iqlim dəyişikliyinə uyğunlaşma strategiyalarının əsasını təşkil etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru