Köpəkbalıqları lal hesab edilirdilər, lakin gözlənilmədən "danışmağa" başladılar

Bu gün, 12:59           
Köpəkbalıqları lal hesab edilirdilər, lakin gözlənilmədən "danışmağa" başladılar
Yeni Zellandiyada aparılan tədqiqat zamanı alimlər ilk dəfə köpəkbalıqlarının səs çıxardıqlarını aşkarlayıblar.
Bu barədə tədqiqatın nəticələri "Live Science" portalında dərc olunub.

Riff köpəkbalıqları ("Mustelus lenticulatus") su altında toxunulduqda aydın və təkrarlanan "çıqqıltılar" çıxarırlar. Alimlər bu səslərin qorxu və ya müdafiə refleksi ilə bağlı ola biləcəyini bildirirlər.

Tədqiqatın müəllifi Karolin Niderin sözlərinə görə, bu, köpəkbalıqlarında ilk dəfə qeydə alınmış aktiv səsçıxarma halıdır. Uzun illər boyu onların lal olduğu düşünülürdü, çünki onların səs yaratmaq üçün üzgəcləri və ya hava kisəcikləri yoxdur.

Alimlər bu səslərin köpəkbalıqların dişlərindən çıxa biləcəyini düşünürlər. Bu canlıların dişləri bərk qabıqlı ovları qırmaq üçün uyğundur və "çənə qapanarkən" çıxan səslər təxminən 155 desibellik - yəni ov tüfəngi səsi qədər güclü ola bilər.

Araşdırma göstərir ki, bu səslər gənc köpəkbalıqları üçün yırtıcılardan yayınmağa da bir vasitə ola bilər. Alimlər səsin təsadüfi, yoxsa məqsədli davranış olduğunu hələ tam bilmirlər, lakin bu kəşf onlar haqqında yüzillik anlayışları dəyişəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.