Rusiya son 3 ildə neft və qazdan 900 milyard avro qazanıb

31-05-2025, 12:18           
Rusiya son 3 ildə neft və qazdan 900 milyard avro qazanıb
Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başladıqdan bəri neft və qaz ixracından təxminən 900 milyard avro qazanıb.

AzPost bildirir ki, bu barədə BBC CREA-nın məlumatlarına istinadən yazıb.

Genişmiqyaslı müharibə başlayandan bəri Rusiya yanacaq satışından 883 milyard avrodan çox qazanıb. Bura həmçinin sanksiyalar tətbiq edən ölkələrdən gələn 228 milyard avro daxildir.

BBC yazır ki, bunun 209 milyard avrosu Türkiyə üzərindən tədarük də daxil olmaqla, hələ də Rusiya qazını alan Avropa İttifaqına gedib.

Bu, Ukraynaya verilən bütün hərbi və maliyyə yardımının məbləğindən üç dəfə çoxdur.

CREA hesab edir ki, Rusiya LNG-nin 50%-i Aİ-yə gedir.

Mütəxəssislər qeyd edirlər ki, ixracdan əldə olunan gəlirlər müharibənin maliyyələşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru