Üzərinə 300 kiloqramlıq qaya parçası düşən kişi sağ qaldı: Alyaskada inanılmaz hadisə VİDEO

31-05-2025, 12:18           
Üzərinə 300 kiloqramlıq qaya parçası düşən kişi sağ qaldı:
Alyaska sakini Kell Morris həyatı bahasına başa gələcək hadisədən möcüzəvi şəkildə xilas olub. Belə ki, üzərinə 300 kiloqram ağırlığında nəhəng qaya parçası düşən kişi xanımının zirəkliyi və xoşbəxt təsadüflər nəticəsində salamat qalıb.

Oxu.Az-ın kp.ru-ya istinadən verdiyi məlumata görə, hadisə həyat yoldaşı Co ilə birlikdə Qodvin buzlağına yürüş edərkən baş verib. O, daşlı cığırda sürüşüb, ardınca qopan qaya parçası təpədən düz kişinin üzərinə düşüb. Xoşbəxtlikdən, zərbəni digər qaya parçaları yumşaldıb. Buna baxmayaraq, Kellin bir ayağı qayanın altında sıxışıb qalır.

Həyat yoldaşı Co dərhal xilasedicilərə zəng edib, həmçinin onlar gələnə qədər ərinin başını suyun üzərində saxlayıb ki, o, çayda boğulmasın.

Daha bir xoşbəxt təsadüf o idi ki, hadisə yerinin yaxınlığında buzlaq boyunca it qoşqularında gəzinti təklif edən turizm şirkəti olub. Onun əməkdaşları həyəcan siqnalını eşidərək, xilasedicilərin operativ çatdırılması üçün öz helikopterlərini təklif ediblər.

Əməliyyatın bütün iştirakçılarının koordinasiyalı fəaliyyəti sayəsində xilasedicilər tez bir zamanda zərərçəkənə çatıblar və xüsusi şişirdilən yastıqların köməyi ilə çoxtonlu qaya parçasını qaldıraraq Kelli azad ediblər. O, yerli xəstəxanada həkimlərin nəzarəti altında iki gün keçirəndən sonra evinə qayıdıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru