Fransadan 200 milyon avroluq yardım - bu ölkəyə

31-05-2025, 12:24           
Fransadan 200 milyon avroluq yardım - bu ölkəyə
Fransa Ukraynaya 200 milyon avroluq silah göndərəcək.
Fransa Ukraynaya hərbi dəstəyini artıracaq. Ukraynaya əlavə olaraq 200 milyon avro dəyərində "Sezar" (Caesar) haubitsaları və digər silahlar tədarük edəcək.
"Reuters" xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.

Onun sözlərinə görə, daha əvvəl Ukraynaya göndərilmiş 18 ədəd haubitsaya əlavə olaraq, 12 yeni artilleriya qurğusu da təqdim ediləcək. Bununla yanaşı, Ukrayna ordusunun hazırlıq səviyyəsini artırmaq məqsədilə Fransanın Polşaya əlavə 150 hərbi təlimatçı göndərəcəyi və hər ay 600 ukraynalı əsgərin təlimə cəlb olunacağı planlaşdırılır.

Sebastyan Lekornu bildirib ki, Ukraynaya döyüş təyyarələrinin verilməsi də mümkün hesab olunur: "Bu məsələdə heç bir tabu yoxdur",- deyə nazir vurğulayıb.

Qeyd edək ki, mart ayında Fransa hakimiyyəti dondurulmuş Rusiya aktivlərindən Ukraynanın silahlandırılması üçün 195 milyon avro vəsait ayırmağa söz vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru