Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Dünən, 12:22

25 may ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak həyata keçirilib. Qeyd edək ki, bu qəbul imtahanında 2-ci və 3-cü qruplar iştirak edib. İmtahandan sonra sosial şəbəkələrdə və mətbuatda imtahanda istifadə edilən sualların çətin olduğu iddia edilib. Hətta sualların MİQ səviyyəsində verildiyi də qeyd edilib.
Bu sualların kimlər tərəfindən yazıldığı və seçildiyi isə maraq doğurur.
“İmtahan sualları il boyu hazırlanır, proses daim gedir. İl boyu hər bir sahə üzrə mütəxəssislərə müraciət edilir və açıq şəkildə də elan verilir.”
Bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə açıqlamasında qeyd edib. O vurğulayıb ki, suallar təqdim olunduqdan sonra müəyyən sahələr var ki, o suallar yazılanda tapşırıqlar yalnız qapalı auditoriyada yazılmalıdır. Bura professional sahələr aiddir. Bankımızda 300 mindən çox sual var və buna baxmayaraq biz yeni suallar da hazırlayırıq. Ekspertizadan keçdikdən sonra yeni yazılan suallar banka daxil olur:
1995-ci ildən bu yana suallar eyni qaydada hazırlanır
"Suallar uyğunluğuna və xüsusiyyətinə görə yerləşdirilir. Suallar qapalı sistemdə saxlanılır və ora daxil olmaq başqaları üçün mümkünsüzdür. Suallar imtahana necə hazırlanır? Texniki tapşırıq yazılır, hansı k, bu texniki tapşırıq demək olar ki, dekabr ayında jurnalda çap olunur ki, bax bu səviyyədə, belə suallar olacaq. Həmin texniki tapşırığın əsasında da sınaq imtahanı keçirilir. Sonra qapalı şəraitdə xüsusi proqram təminatı var ki, onun alqoritmi hələ 1995-ci ildə mənim rəhbərliyim altında işlənmişdir. Təsadüfü ədəd verilir və kompüterə texniki tapşırıq daxil olur. Tapşırıq təsadüf rəqəm əsasında sualları çıxardır. Mən də kommissiyanın sədri kimi təsadüf ədədi verib, o qapını bağlayandan sonra bilmirəm ki, bankdan hansı suallar çıxacaqdır. Amma müəllimlər var ki, çap olunmamışdan əvvəl müəllimlər ekspertizadan keçirirlər."
ASAN TV