Ata Abdullayevin anası və amerikalı arvadı xahiş üçün onun qəbuluna getdi - Nə istəyir?

Bu gün, 07:59           
Ata Abdullayevin anası və amerikalı arvadı xahiş üçün onun qəbuluna getdi - Nə istəyir?
Həbsdə olan Ata Abdullayevin anası və Amerika vətəndaşı olan arvadı Ombudsman Aparatında olublar. Onlar Ata Abdullayevin çəkilməmiş cəzasını çəkmədən vaxtından əvvəl həbsdən azad edilməsini istəyiblər.

TEREF ajans.az-a istinadla xəbər verir ki, Ata Abdullayevin anası Şəhla Yusifova və arvadı Emmori hesab edir ki, buna əsas kimi Ata Abdullayevin bu günə qədər bütün qayda qanuna əməl etməsidir.

Xatırladaq ki, Ata Abdullayev 2019-cu ildə Amerika vətəndaşı və iş qadını Emmori ilə ailə həyatı qurub.

Anası Şəhla Yusifova isə, 2022-ci ilin əvvəlində yaşadığı və işlətdiyi Nəsimi rayonundakı “Çayxana” adlanan ərazidə həbs edilib. Şəhla Yusifova insan alverində ittiham edilib.

Abdullayev Ata Eldar oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2021-ci ilin mart ayında saxlanılıb.Onun barəsində, 2021-ci ilin 28 dekabrında 7 il azadlıqdan məhrum edilmə qərarı verilib.

Ata Abdullayevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilərək barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru