Nərimanov rayonunda qanunsuz tikinti aparan kimdir- ARAŞDIRMA

9-11-2016, 20:03           

teref.az-nun müxbiri bir şikayətin izi ilə Nərimanov rayonu Nəcəf Nərimanov küçəsindəki 909-cu məhəllədə araşdırma aparıb. Araşdırmamızı sizə təqdim edirik.
Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsindəki 909-cu məhəllədə qeyri-qanuni tikinti aparan Əvəz Şükürov barədə həmin məhəllənin sakinlərinin KİV-lərdə müraciəti yayılıb.
Məhəllə sakinlərinin bildirdiklərinə görə tikinti qeyr-qanunidir, həm də ictimai əxlaq normalarına uyğun deyil. Bina məhəlləarası yolun üstündə tikilir. Məhəllə çox darısqaldır. O gündən bəri Əvəz Şükürov o məhəllənin sakinlərinin hiddətimizə səbəb olub. Həyətdən 50-yə yaxın ağac kəsilib.
Məhəllə sakinləri xəbər verirlər ki, qanuna görə hündür binalar ayrılmış ərazinin 40 faizində tikilməlidir. Əvəz Şükürov isə 500 kv m-lik qaraj yerini hansı yollarlasa özəlləşdirib, əvəzində 800 kv m-lik ərazidə göydələn tikir.
Heç onun hansısa yollarla özəlləşdirdiyi 500 kv m-lik ərazi də bu yerdə bina tikilməsi mümkün deyil. Yəni, normalara görə göydələnlər hündürlükləri cəminin 60 faizi qədər aralıda tikilməlidir, yəni bu məhəllədəki 12 mərtəbəli yeni yaşayış binasından azı 30-40 metr aralıda olmalıdır. Əvəz Şükürov isə qonşu binanın pəncərələrinin 6 metrliyində ev tikir. Bu da qonşuları qəzəbləndirib. Deyirlər, bu qədər yaxın tikinti nəinki şəhərsalma mədəniyyətinə, heç əxlaq qaydalarına da uyğun deyil. Bu ailələr evlərinin içində necə davransınlar? Bu barədə düşünürlərmi?
Binaların bu qədər basırıq yerdə tikilməsi yalnız təhlükə yaradır, əhalinin qat-qat sıx yaşamasına səbəb olur. Bu dar ərazidə eyni zamanda 69 saylı uşaq bağçası, Təhsil Nazirliyinin TSİ İdarəsinin Məlumat və Resurs Mərkəzi, Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin inzibatı binası, Kooperasiya Universiteti yerləşir. Maşın əlindən tərpənmək olmur. Bu bina da tikiləndən sonra bura cəhənnəm basırığına dönəcək
Qonşular deyirlər ki, yaşadıqları bunanı tikənlərdən biri Əvəz Şükürov olub. O bu tikintini başlamamışdan qabaq bina sakinlərinə qurban kəsib paylamaqla haqqa-ədalətə etiqadınının olduğunu bildirmək istəyib. Sən demə sonra bu göydələni tikməklə məhəllə sakinlərini qurbanlıq qoyun yerinə qoyacaqmış.
Məhəllənin uşaqları üçün əyləncə parkı yoxdur, yaşam normalarına onsuz da uyğun gəlməyən bu balaca həyətin zəbt edilməsi doğrudan da acınacaqlı görüntü yaradır Həyətdə balaların oynaması üçün bir qarış da yer qalmayıb!
Ətraf infrastrukturun daha da gözəlləşməsi; yaşıllıq, maşın parkovkaları, geniş yollar, uşaq əyləncə parkları sakinlərin rifahını təmin etsin deyə Ölkə rəhbərliyi köhnə binaları söküb yeni binalar tikir, yaşıllığı artırır. Əvəz Şükürov isə Ölkə rəhbərliyini və əhalini saymayaraq tikdiyi bina isə qonşu binanın sakinlərini gün işığından məhrum edəcək.
Qonşu evdin cəmi 6 metrliyində bina tikmək sakinləri təhlükəli vəziyyətə məruz qoymaq deməkdir. Yəni gözlənilən yanğın, ya texnogen (zəlzələ) hadisə anında faciələr daha çox olacaq?
Əvəz Şükürovun bu biabırçı darısqallıqda tikinti aparmaqla şəhərsalma normalarını; vətəndaş və insan hüquqlarını ciddi şəkildə pozmasını, sonrakı yanğın, texnogen hadisələr anında baş verəsi fəlakətləri məhəllə sakinləri qabaqcadan düşünərək bu tikilinin ləğv edilməsi üçün səlahiyyətli orqanlara, müxtəlif instansiyalara müraciət ediblər.
Sakinlər deyirlər, Əvəz Şükürov bu əməli ilə möhtərəm prezidentimiz İlham Əliyevin idarə etdiyi dövlətin əmin-amanlığına zərbə vurur.
Onlar deyirlər ki, bu tikinti nəinki şəhərsalmanın qayda və normalarını, hətta əxlaqın bütün həddlərini pozur.
Məhəllə sakinləri deyir ki, Əvəz Şükürovun oğlu Milli Məclisdə işləyir. Ailədə qanunverici orqanıın məmuru ola-ola bu qədər qanunsuzluq etmək heç bir ölçüyə sığmır. Onlar Əvəz Şükürovun oğlunun adını hələki hallandırmaq istəmirlər. Əgər bu çirkin əməlindən əl çəkməsə hər şey barədə danışacaqlar. Buna onları pozulmuş hüquqlarının bərpası istəyi təhrik edir! Onlar bu məlumatı daim gündəmdə saxlamaqda, bütün cavabdeh orqanlara yaymaqda israrlıdırlar.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az
7 noyabr 2016-cı il.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.