Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - SİYAHI

Dünən, 09:14           
Ərzaq məhsullarını xaricdən neçəyə alırıq? - SİYAHI
Bu ilin ilk yarısında xarici ölkələrdən Azərbaycana 1 milyard 279 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ərzaq məhsullarının idxalı 13% artıb.
Belə ki, ötən ilin ilk yarısında xaricdən ölkəyə 1 milyard 131,5 milyon dollar dəyərində yeyinti məhsulları gətirilib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında dəyər ifadəsində ən çox meyvə-tərəvəz, miqdar ifadəsində isə ən çox buğda idxal olunub.
Belə ki, bu ilin ilk yarısında Azərbaycana xarici ölkələrdən 178,8 milyon dollar dəyərində 239 min ton meyvə-tərəvəz, 130,7 milyon dollar dəyərində 602 min ton buğda gətirilib.

Nəticədə idxal olunan meyvə-tərəvəzin 1 kiloqramının gömrük dəyəri 1,27 manat, buğdanın 1 kiloqramının gömrük dəyəri isə 37 qəpik olub.
Bunlardan başqa, idxal olunan:
- ətin 1 kiloqramının dəyəri 3,6 manat,
- süd və qaymağın 1 kiloqramının dəyəri 2,8 manat,
- kərə yağının 1 kiloqramının dəyəri 11,9 manat,
- çayın 1 kiloqramının dəyəri 10,3 manat,
- bitki yağlarının 1 kiloqramının dəyəri 2,6 manat,
- düyünün 1 kiloqramının dəyəri 1,6 manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru