Misirdə "Axirətə açılan qapı" tapıldı

Dünən, 15:58           
Misirdə "Axirətə açılan qapı" tapıldı
Misirin məşhur Saqqara nekropolunda aparılan qazıntılar zamanı alimlər qədim Misir şahzadəsinə aid olduğu müəyyən edilən 4 400 illik məzarda möhtəşəm kəşf ediblər. Bu nadir tapıntı 4,5 metr hündürlüyündə və 1,15 metr enində olan nəhəng çəhrayı qranitdən düzəldilmiş "Axirət qapısı"dır.

Oxu.Az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.

Alimlər qapının açılmadığını vurğulayıblar. Onların sözlərinə görə, qapı simvolik olaraq ölünün ruhunun axirət aləminə keçidi üçün nəzərdə tutulub.

Məzar V sülalənin banisi Kral Userkafın oğlu, əvvəllər tarixə məlum olmayan şahzadə Userefreyə məxsusdur. Qapının üzərində onun titulları "İrsi şahzadə, Buto və Nexpet bölgələrinin hakimi, kral yazıçısı, vəzir, hakim və ilahi nəğməkar" kimi qeyd olunub.

Qazıntılar zamanı həmçinin çəhrayı qranitdən yonulmuş 13 heykəlli kreslo, qırmızı qranitdən 92,5 sm diametrli qurban masası və qara qranitdən 1,17 metr hündürlüyündə insan heykəli də aşkarlanıb.

Məzarın bəzi hissələrinin daha sonrakı dövrlərdə yenidən istifadə edildiyi güman olunur. Hazırda alimlər şahzadənin dəfn kamerasını tapmağa çalışırlar.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru