Süni intellekt xərçəng xəstəliyinin müayinəsində yeni ümid oldu

Dünən, 15:27           
Süni intellekt xərçəng xəstəliyinin müayinəsində yeni ümid oldu
Amerikalı həkimlər müəyyən ediblər ki, süd vəzilərinin 3D təsvirlərini təhlil etməyə qadir olan süni intellekt sistemləri tomoqrafik görüntülərin əl ilə təhlili zamanı həkimlər tərəfindən nəzərdən qaçırılan xərçəng inkişafının təxminən üçdə birini aşkar edə bilir.

Bu barədə Şimali Amerika Radiologiya Cəmiyyətinin (RSNA) Mətbuat Xidməti məlumat yayıb.

"Biz təəccübləndik ki, süni intellekt sistemi müayinə zamanı radioloqlar tərəfindən nəzərdən qaçırılan şişlərin üçdə birinin sərhədlərini müəyyən edərək düzgün diaqnoz qoyub.

Bu, süni intellektin rentgen aparatları və tomosintez sistemlərindən istifadə etməklə əldə olunan görüntüləri təhlil edərkən köməkçi və ikinci rəy mənbəyi kimi istifadə imkanını göstərir", - deyə Harvarda Universitetinin dosenti Manişa Bal bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru