Uşaqlara verilən ərəbcə adların mənası
Dünən, 09:14

Uşaqlara verilən ərəbcə adların mənası:
– “Azra” – bakirə deməkdir.
– “Sanəm” – ərəb dilində büt (put) deməkdir.
– “Nəcla” – çaş (şaşı) deməkdir, məsələn...
– “Gülsüm” – yazıq, sahibsiz, kimsəsiz adam deməkdir.
– Cənnət bağı kimi tanınan “İrəm” isə əslində Allahın qəzəbinə uğramış yalançı cənnətdir!
“Aleyna” məsələn – yenə uşaqlarımıza tez-tez qoyduğumuz bir addır, amma bu adın mənası da “üstümüzə bəla, əzab gəlsin” deməkdir.
Və məsələn, “Kəzban” – Quranda keçdiyinə görə qızlarımıza veririk, amma əslində Kəzban “yalançı” deməkdir. Uşağa bu adı versəniz, onu “yalançı, yalançı” deyə çağırmış olursunuz!
Heç “Bəkir” adını deyim? Ay bala, “dəvə balası” deməkdir bu!
(Bu arada, Hz. Əbu Bəkirin əsl adı Abdullahdır, Əbu Bəkir isə ləqəbidir. Bunu qarışdırıb məsələnin mahiyyətini dəyişməyə, çaşdırmağa və ya yumşaltmağa çalışmayaq, zəhmət olmasa! 😀)
“Rümeysə” məsələn – “gözündə çapaq olan qadın” deməkdir. 😀
Və məsələn, uşaqlarına “Saniyə”, “Rabiə”, “Səlasə”, “Vahidə” kimi mənalı və müqəddəs adlar qoyduqlarını zənn edənlər əslində onlara sadəcə nömrə verdiklərindən xəbərsizdir!
“Vahidə” – birinci, “Saniyə” – ikinci, “Səlasə” – üçüncü, “Rabiə” – dördüncü deməkdir.
Yəni bu adların müqəddəsliklə heç bir əlaqəsi yoxdur...
Çünki ərəb mədəniyyətində qız uşaqları insan sayılmadığı üçün, qızı olanlar onlara ad yox, nömrə verirdilər.
Məsələ sadəcə bundan ibarətdir!
Qısacası, nümunələr çoxdur, amma buraya sığmaz indi...
××××
(QEYD: İnanmayanlar Prof. Dr. Süleyman Ateşin “Rümeysə ismi sakıncalı mı?” adlı məqaləsini və Yrd. Doç. Dr. Hayrettin Öztürkün “Bu isimleri çocuğunuza vermeyin” başlıqlı məqaləsini oxusun, zəhmət olmasa...
Джавид Дамирли
TEREF