Bu qədər sadə... Avtomobilin qapısını açarkən arxadan gələn nəqliyyat vasitəsinə diqqət edin - Video

Dünən, 12:18           
Bu qədər sadə...
Bu qədər sadə - Yaşamaq da ölmək də...
İdarə etdiyiniz avtomobilin qapısını açarkən arxadan gələn nəqliyyat vasitəsinə diqqət edin. Qapını açarkən xüsusilə ehtiyatlı davranın. Arxadan gələn nəqliyyat vasitəsinin sürücüsü münəccim deyil, öncədəngörmə kimi xüsusi istedada malik deyil. Sizin qapını nə vaxt açıb-bağlayacağınızı öncədən hesablamaq bacarığına sahib olmalı deyil. Gəldiyi sürətlə vurub keçər. Sadəcə qapını yox, sizi də aparar...

Hərəkətsiz dayanan sürücülərə xitab etdik. Burada bir sözüm də sürücülərə olacaq: Yollarda hərəkətdə olarkən, hətta hərəkətsiz olarkən ani bir diqqətsizlik insan həyatını təhlükəyə ata bilər. Sadəcə sürücülər deyil, eləcə də piyadalar bu hadisənin iştirakçısı ola bilər.

Nəqliyyat vasitənizlə hərəkət edərkən diqqətinizi yayındıran vasitələrdən - musiqi, söhbət, telefon zəngi və s. uzaq durmağa çalışın. Çıxdığınız mənzilə sağ salamat çatın, son mənzilə tələsməyin. Və ya kimisə son mənzilə aparmayın.

Önünüzdə qəfil açılan qapı sizin və səbəbkarın həyatına son qoya bilər. Ön və ya arxa qapı fərq etmir. Hansı qapının üzünüzə açılacağını bilməyinizi heç kim sizdən gözləmir. Sadəcə diqqətli davranın, sürət həddini aşmayın. Önünüzdə açılan qapı əbədi dünya qapısı olmasın.

Yolunuz həmişə açıq olsun...

İradə Cəlil, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru