Kiminsə avtomobilinə zərər vurduqda şüşəyə nömrə qoyub getdiniz, bəs sizə zəng edən kimdir? - Video

Dünən, 12:58           
Kiminsə avtomobilinə zərər vurduqda şüşəyə nömrə qoyub getdiniz, bəs sizə zəng edən kimdir? - Video
Kiminsə avtomobilinə istəmədən fiziki zərər vurduqdan sonra ön şüşəsinə əlaqə nömrənizin yazıldığı kağız yerləşdirib gedirsiniz. Bəs sonra?
...Sonra nömrənizə gələn zəng kiçik məbləğ göndərməyiniz qarşılığında zərəri ödəyə biləcəyinizi deyir. Zəng edən şəxsi avtomobili ilə video çəkib göndərməyini və ya videolu zəng etməyini tələb edin. Sizə zəng edən avtomobil sahibi olmaya bilər. Sizin yaşadığınız hadisə kimsə üçün xüsusi məqsədlər uğruna fərqli niyyətlə sui-istifadə obyekti ola bilər. Fürsətdən istifadə edib sizə maddi ziyan vurmaq istəyən pis niyyətli insanlardan özünüzü qoruyun.

Hadisə bəzən gözlənilməz və qaçılmaz olur. Bu səbəbdən tədbir almaqda, ehtiyatlı olmaqda, prosesə xüsusi diqqət göstərməkdə fayda var. Zərərin içərisində başqa zərər yaşamamaq üçün.

Pis niyyətli insanlardan uzaq olmağınız diləyi ilə...

İradə Cəlil, Bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru