Bakının əsas prospektlərinin kəsişməsində hansı dəyişikliklər edildi?

Dünən, 10:49           
Bakının əsas prospektlərinin kəsişməsində hansı dəyişikliklər edildi?
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının növbəti buraxılışı yayımlanıb.

Buraxılışda Heydər Əliyev və Babək prospektlərinin kəsişməsində aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərində edilən dəyişikliklərə diqqət yetirilib. Belə ki, əvvəllər mövcud olan qoşa xətt 1.11 nişanlanma xətti ilə əvəz edilib.

Həmçinin MİDA-nın Yasamal Yaşayış Kompleksinin yaxınlığında, Nazim Hikmət küçəsində sürücülərin qarşılaşdığı problemə toxunulub.

Verilən məlumata əsasən, nəqliyyatın təhlükəsiz hərəkəti üçün arakəsmənin qarşısında "maneəni sağdan və ya soldan keç" nişanı quraşdırılmalıdır. Lakin kənar dairəvi yoldan bu istiqamətə gələn sürücülərin qarşısına qəfil çıxan maneə qəza riskini artırır.

Vurğulanıb ki, gecə saatlarında bu maneəni görmək demək olar ki, mümkün deyil. Bu da təhlükəni daha da artırır. Eyni zamanda, sağdan əsas yola çıxan sürücülər üçün üstünlüyü bildirən heç bir yol nişanı yoxdur.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru