Yuxuya getməkdə çətinlik çəkənlər üçün üç məhsul - Həkimdən açıqlama

Dünən, 17:08           
Yuxuya getməkdə çətinlik çəkənlər üçün üç məhsul - Həkimdən açıqlama
"Yuxusuzluqdan əziyyət çəkən insanlara axşam saatlarında qida rasionuna püstə, banan və toyuq döş əti daxil etmələri tövsiyə olunur".

Bu barədə ispaniyalı həkim Xose Manuel Felises "La Razon" nəşrinə verdiyi müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, püstə təbii melatonin mənbəyidir. Melatonin isə yuxu-oyanma dövrlərini tənzimləyən hormondur. Həmçinin bu maddə antioksidant xüsusiyyətə malikdir. Püstə eyni zamanda əzələlərin və sinir sisteminin rahatlamasına kömək edən maqneziumla da zəngindir.

Həkim axşam saatlarında banan yeməyi də tövsiyə edir. Onun sözlərinə görə, banan serotoninin sintezi üçün vacib olan triptofan adlı amin turşusu ilə zəngindir. Serotonin isə orqanizmin sağlam yuxu-oyanma ritmini dəstəkləyən əsas neyromediatordur.

"Triptofan toyuq döş ətinin tərkibində də var. Az yağlı olması ilə seçilən bu ət növü axşam yeməyi və ya qəlyanaltı üçün ideal seçimdir, çünki sonradan ağırlıq hissi yaratmır", - deyə həkim bildirib.

Həkim həmçinin vurğulayıb ki, düzgün qidalanma yuxusuzluqla mübarizədə digər tədbirləri əvəz etmir, sadəcə onları tamamlayır. O, xüsusilə yuxu rejiminə əməl etməyin və axşam saatlarında ekran qarşısında keçirilən vaxtın məhdudlaşdırılmasının vacibliyini xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru