Kondisioner effekti yaradan təbii bitki

Dünən, 15:06           
Kondisioner effekti yaradan təbii bitki
Yay aylarında bir çox insan elektrik enerjisi xərclərini artırmadan evlərini sərin saxlamağın yollarını axtarır. Lakin təbiət bu məsələdə bizə yardım edə bilər, söhbət havanı effektiv şəkildə soyudan dekorativ bitkidən gedir.

Oxu.Az "Bovary.gr" portalına istinadən xəbər verir ki, xoş ətirli jasmin bitkisi evdə temperaturu əhəmiyyətli dərəcədə aşağı salmaq iqtidarındadır.

Məlumatda qeyd olunur ki, jasmin bitkisinin yarpaqları havadakı suyu buxarlandıraraq ətraf mühiti təbii şəkildə soyudur. Bitkinin sıx yarpaqları isə istilikdən qoruyur və günəş şüalarını filtr edir.

Yaxşı inkişaf etmiş jasmin havanın temperaturunu 3-4 dərəcə selsiyə qədər endirə bilər. Xüsusilə gecə saatlarında bu bitki təravətli ətri ilə rahatlıq hissi yaradır. Dözümlü və qulluq baxımından iddiasız olan jasmin, evinizə həm gözəllik, həm də sərinlik gətirərək yay istisində əsl xilaskarınıza çevrilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru