“Arzum Group” icazəsiz təmir işlərinə görə məhkəməyə çıxarılıb

Bu gün, 11:14           
“Arzum Group” icazəsiz təmir işlərinə görə məhkəməyə çıxarılıb
“Arzum Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə tərtib edilən protokola məhkəmədə baxılıb.

Valyuta.az-ın məlumatına görə, sözügedən şirkət barəsində Mədəniyyət Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə cərimə protokolu tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, “Arzum Group” nazirlikdən heç bir icazə sənədi almadan Bakıda Tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilən 200.1 kv/m qeyri-yaşayış sahəsində təmir-bərpa işləri aparıb.

Məhkəmənin hökmü ilə, şirkət İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xəbərdarlıq edilib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə görə mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi tələblərinə görə idarə edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək iki yüz manatadək, vəzifəli şəxslər əlli manatdan üç yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək cərimə edilirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru