"Google" ChatGPT dialoqlarınızı axtarış nəticələrinə çıxarır - Nələri bilməlisiniz?

Bu gün, 11:34           
"Google" ChatGPT dialoqlarınızı axtarış nəticələrinə çıxarır -
İnternetdə istifadəçilər diqqət yetiriblər ki, ChatGPT ilə aparılan bəzi söhbətlər artıq "Google" axtarış nəticələrində görünməyə başlayıb.

Valyuta.az xəbər verir ki, bu, xüsusilə ictimai keçidlə paylaşılmış dialoqlara aiddir. “OpenAI” isə bildirir ki, bu cür söhbətlər axtarış sistemləri üçün yalnız istifadəçi özü onu “ümumi” olaraq paylaşdıqda görünür.

Niyə bu baş verir?

"Fast Company" nəşrinin araşdırmasına görə, əgər "Google" axtarış çubuğuna site:chatgpt.com/share (açar söz) yazılsa, bir çox istifadəçi dialoqu açıq şəkildə görünür. Bu dialoqlarda şəxsi söhbətlər, iş sənədləri, proqram kodları və ya fərdi məlumatlar yer ala bilər.

İnsanlar getdikcə daha çox ChatGPT-ni şəxsi psixoloq kimi istifadə edir və ailə problemləri, depressiya, hətta seksual həyatla bağlı detallar bölüşürlər. Bəzən ad, yaş, ünvan kimi identifikasiyaedici məlumatlar da daxil olur.

Mütəxəssislər nə deyir?

Mütəxəssislər vəziyyəti həyəcan siqnalı adlandırır və vurğulayırlar ki, ChatGPT saytında bu təhlükə ilə bağlı heç bir aydın xəbərdarlıq edilmir. İstifadəçilər çox vaxt söhbətlərinin gizli qaldığını düşünür, lakin “ümumi keçid” yaradılan anda bu söhbətlər axtarış sistemlərinin indeksinə düşür.

ChatGPT-də söhbətlərinizi necə qorumaq olar?

Əgər keçid vasitəsilə bir söhbəti paylaşmısınızsa, artıq o “ümumi” sayılır və axtarış sistemləri tərəfindən tapıla bilər. Bunun qarşısını almaq üçün:

* ChatGPT ayarlarına daxil olun
* “Verilərin idarə olunması” (Manage Data) bölməsinə keçin
* “Paylaşılan keçidlər”i (Shared Links) açın
* Hər bir ümumi keçidin yanında olan zibil qutusuna klikləyərək onu silin

Əgər gələcəkdə bir söhbəti paylaşmaq istəyirsinizsə, keçid yaradarkən “ümumi et” seçimini aktiv etməyin. Belə olduqda, həmin dialoq axtarış sistemləri üçün əlçatmaz qalacaq - ən azı "OpenAI" belə vəd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru