Rövnəq Abdullayev HARADADIR?

Bu gün, 10:46           
Rövnəq Abdullayev HARADADIR?
SOCAR-ın sabiq prezidenti, İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev barəsində son günlər yayılan məlumatlar müzakirəsiz ötüşməyib.

Pravda.az xəbər verir ki, nazir müavininin Naxçıvanda iqtisadi layihələr həyata keçirmək niyyətində olduğu, muxtar respublikada yeni formalaşan inzibati boşluğu öz adamları ilə doldurmağı və mərkəzlə yeni münasibətlər modelini formalaşdırmağı planlaşdırdığı bildirilir. “Yeniçağ.az” saytının yaydığı məlumatda qeyd olunur ki, Dövlət Neft Şirkətinə rəhbərliyi dövründə qazandığı əlaqələr, qohumluq bağları və qeyri-rəsmi təsir dairəsi sayəsində Abdullayevin adı artıq Naxçıvanda bəzi iqtisadi layihələrdə hallanır.

Bununla yanaşı, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin də bir neçə gün öncə R.Abdullayevi Qarabağın quruculuq işlərinə maddi baxımdan dəstək vermədiyi üçün tənqid etməsi nazir müavini barədə müzakirələri artırıb. H.Hacıyev deyib ki, Rövnəq Abdullayevin oğlunun milyonluq saatını əlindən aldılarsa, yığdığı pulları da ala bilərlər.

Pravda.az-ın əməkdaşı Rövnəq Abdullayevin mövqeyini öyrənməyə çalışsa da, bu, mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru