Psixoloq: "Zorakılıq qarşısında susmaq çarə deyil"

Bu gün, 16:34           
Psixoloq: "Zorakılıq qarşısında susmaq çarə deyil"
Pedofiliyaya narkomaniyadan, alkoqolizmdən əziyyət çəkən insanlarda rast gəlmək olur.

Bunu psixoloq Gövhər Məmmədova Demokrat.az-a açıqlamasında bildirib.

O deyib ki, daha çox kişilərdə rast gəlindiyi görülsə də, pedofillər arasında qadınlar da var:

" Əfsuslar olsun ki, pedofiliyanın müalicəsi haqqında irəliləyiş əldə olunmayıb. Yalnız bu şəxsləri cəmiyyətdən təcrid etmək mümkündür. Bəs, uşaqlarımızı əlimizdən gəldiyi qədər necə qorumalıyıq? Onlara hər yaşda cinsi təlimlər keçmək, onların icazə vermədiyi halda heç kimin toxunmamalı olduğunu izah etmək, əks hallarda valideyni ilə rahatca danışa bilməyinə şərait yaratmalıyıq. Bu məsələdə tərbiyəçilərə, müəllimlərə, məktəb psixoloqlarına uşaqları maarifləndirməkdə yük düşür. Daha bir diqqət edilməli nüans valideynlərin məktəb və valideynlər ilə daima əlaqədə olmasıdır. Unutmamalıyıq ki, zorakılıq qarşısında susmaq çarə deyil, və bu zorakılığa məruz qalan şəxsin günahı deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru