ABŞ-də vizaların verilməsi üzrə pilot proqram başlanılır
Bu gün, 15:58
ABŞ əcnəbilərə 15 min dollara qədər nağd pul girovu qarşılığında ölkəyə giriş vizalarının verilməsi üçün pilot proqrama başlayır.
Bu barədə Dövlət Departamentinin bildirişində deyilir.
Məlumata görə, proqram yalnız işgüzar və turist vizalarının (B-1 və B-2 kateqoriyaları) verilməsinə və ölkəyə daxil olduqdan sonra ABŞ-də icazə verilən qalma müddətini qanunsuz aşanların əhəmiyyətli hissəsinin qeydə alındığı ölkələrin vətəndaşlarına şamil edilir.
Ehtimal olunur ki, girov onu ödəyən şəxs ABŞ-ni vaxtında tərk etdikdən sonra tam şəkildə geri qaytarılacaq.