İlon Maskın "Tesla"dan alacağı mükafat məbləği məlum oldu - 30 milyard dollara yaxın

Bu gün, 16:57           
İlon Maskın "Tesla"dan  alacağı mükafat  məbləği məlum oldu -
"Tesla" şirkəti baş direktor və sahibkar İlon Maska 29,6 milyard dollarlıq səhmlər şəklində ödənişi təsdiqləyib.

"İzvestiya" nəşri xəbər verir ki, bu barədə şirkətin səhmdarlarına göndərilən məktubda deyilir.

Bildirilir ki, şirkət 2019-cu il təşviq planı çərçivəsində Maska 96 milyon ədəd məhdud tədavül müddətli səhm şəklində mükafatı təsdiqləyib.

Mask mükafatı bir neçə il şirkət başçısı kimi və ya rəhbərliyində işləmək şərti ilə alacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru