Zatulinin rus tarixini 1920-ci illərdən başlatması əslində bizdən çox ruslara qarşı bir həqarətdir.

Dünən, 15:31           
Zatulinin rus tarixini 1920-ci illərdən başlatması əslində bizdən çox ruslara qarşı bir həqarətdir.
“Rusiyanın indiki Azərbaycandan daha qədim tarixi köklərə malik” olduğunu bildirən Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin "quşlamasını" belə davam etdirib: “Sovet dövründə 20-ci, 30-cu, 40-cı, 50-ci, 70-ci illərdə, Sovetlər İttifaqı dağılana qədər Stepanakert elə Stepanakert olub”.
Adamın tarix şüuruna heyrətlənməyə bilmirsən. Belə görünür ki, Zatulin deyilən bu adam üçün tarix 1920-ci ildən başlayır. Halbuki, o, dünyanın ən ünlü tarixçilərindən sayılan Samuel N.Kramerin “Tarix Şumerlərdən başlayır” kitabının adını belə oxusaydı, belə sərsəm fikirlərini dilə gətirməkdən həya edərdi.
Sözsüz ki, Şumerlərin Xankəndinə o qədər də dəxli yoxdur. Amma bizim millətin tarixinə dəxli var. Bir çox alimlərin ortaq qənaətinə görə, dünyanın ilk mədəniyyətini yaradan Şumerlər türk olublar və Zatulinin “qədim tarixi köklərə malik” millət saydığı ruslar o vaxt ağacdan-ağaca hoppanaraq meyvə toplayırdılar. Hətta bunu belə edə bilmirdilər. Zira miladdan 4000-2000 il əvvəl yəqin ki, Rusiya buz çağının qış yuxusundan hələ təzə-təzə ayılmağa başlamışdı.
Yeri gəlmişkən, Zatulinin rus tarixini 1920-ci illərdən başlatması əslində bizdən çox ruslara qarşı bir həqarətdir.
Adam belə səfeh insanların iddiaları ilə qarşılaşanda istər-istəməz ağlından bir fikir keçir: “Sənin tarix müəlliminin zatü-kökünə lənət, Zatulin”.
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru