Çexiya lideri: "Ukraynanın suveren dövlət kimi qalması ərazi güzəştləri ilə mümkündür"

Bu gün, 16:08           
Çexiya lideri: "Ukraynanın suveren dövlət kimi qalması ərazi güzəştləri ilə mümkündür"
Çexiya Prezidenti Petr Pavel bildirib ki, Ukraynanın suveren dövlət kimi qorunub saxlanılması ərazi güzəştləri şərti ilə mümkündür.

Bu barədə Çexiya lideri BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, hətta Avropa İttifaqının genişmiqyaslı dəstəyi ilə də Kiyev yaxın gələcəkdə bütün əraziləri qaytarmaq iqtidarında deyil.

"Əgər onun suverenliyinin əvəzi ərazilərin bir hissəsinin güzəştə gedilməsi olacaqsa, qoy belə də olsun. Çexiya onları heç vaxt Rusiya ərazisi kimi tanımayacaq", - deyə dövlət başçısı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru