Nyu-York sahillərinə daha çox balina və delfin yaxınlaşır: Səbəb nədir?
Bu gün, 15:06

Son illərdə Nyu-York ətrafındakı sularda balina və delfinlərə getdikcə daha tez-tez rast gəlinir - əvvəllər bu, ağlasığmaz sayılırdı, indi isə bölgə turistik cazibəyə çevrilib. Bəzi heyvanlar o qədər yaxın gəlirlər ki, onları birbaşa çimərlikdən müşahidə etmək mümkündür...
Poliqon xəbər verir ki, bundan bir neçə onillik əvvəl Nyu-Yorkun sahil suları ciddi şəkildə çirklənmiş sayılırdı. Bu gün isə bu ərazi ABŞ-ın şərq sahillərində ən sürətlə bərpa olunan dəniz biotoplarından birinə çevrilib.
Balina və delfinlər ya bu əraziyə qayıdıb, ya da ilk dəfə müşahidə olunurlar. 2011–2013-cü illər arasında cəmi bir kambur balina qeydə alınmışdısa, hazırda onların sayı 454-ə çatıb. Bundan əlavə, əvvəllər nadir rast gəlinən cırtdan zolaqlı balinalar və böyük burunlu delfinlər də indi daha tez-tez görünür.
Balina və delfinlərin Nyu-Yorka gəlməsinin dörd əsas səbəbi var:
1. Daha təmiz su: Nyu-York sahillərində suyun keyfiyyəti son illər ərzində müasir təmizləmə qurğularına yatırılan uzunmüddətli investisiyalar nəticəsində əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hazırda bu sularda su son 100 ildə olmadığı qədər təmizdir. Bu, oksigen səviyyəsini artırır, planqtonu geri qaytarır və beləliklə, bütün qida zəncirini bərpa edir.
2. Pəhriz dəyişikliyi: Atlantik okeanında həddindən artıq ov nəticəsində kambur balinaların əsas qidası olan "seld" balığının ehtiyatları kəskin azalıb. Nəticədə, balinalar alternativ olaraq Nyu-York körfəzində bol olan "sandy fish" (səhrə balığı) ilə qidalanmağa başlayıblar.
3. İqlim dəyişiklikləri: Qlobal istiləşmə okean sularının temperaturuna, duzluluğuna və cərəyanlarına təsir edir. Bu da qidalandıqları balıqların miqrasiyasına səbəb olur. Balinalar da ovlarının ardınca hərəkət etdikləri üçün əvvəllər rast gəlinməyən ərazilərdə görünməyə başlayırlar.
4. Yeni qoruma tədbirləri: Dəniz canlılarının qorunmasına yönəlmiş daha sərt qaydalar, o cümlədən balıqçılıq üçün qadağan zonalar və gəmilər üçün sürət məhdudiyyətləri heyvanların təhlükəsizliyini artırır.