"Yadplanetliyə" yeddi atəş: ABŞ-də yaşlı qadının şokedici qətli
Bu gün, 16:18
ABŞ-nin Minnesota ştatında yaşayan kişi 70 yaşlı qonşusunu yadplanetli hesab edərək onu güllələyib.
"CBS News"in məlumatına görə, faciəli hadisə Uindom şəhərində baş verib.
Hadisə yerinə gələn polis əməkdaşları çoxsaylı güllə yarası almış yaşlı qadını aşkar ediblər. Zərərçəkmiş ona atəş açanın qonşusu olduğunu bildirməyə macal tapıb. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Tibb işçiləri onun bədənində yeddi güllə yarası müəyyən ediblər.
Daha sonra polisi çağıran şahid bildirib ki, şübhəli şəxs cinayətdən əvvəl ona yadplanetlilər haqqında danışırmış. O, qonşusunun yadplanetli olduğuna və tezliklə onun ardınca kosmik gəminin gələcəyinə əmin imiş.
Bundan sonra kişi yaşlı qadının evinə zorla daxil olaraq ona atəş açıb.