ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki ofisinin tavanına qızıl əlavə edəcək.
Oxu.Az bu barədə NBC telekanalına istinadla xəbər verir.
Qeyd edilir ki, hazırda Amerika liderinin ofisində hər il planlaşdırılmış təmir işləri aparılır və işlərin iki həftə ərzində başa çatdırılması gözlənilir.
Tramp administrasiyası həmçinin Ağ Evdə 200 milyon dollarlıq bal zalı tikmək qərarına gəlib. Tikintiyə bu ilin sentyabrında başlanacaq və Trampın prezidentlik müddəti bitənə qədər başa çatdırılmalıdır.