Rus dilindəki az qala söyüş mənası verən "Yaponskiy gorodovoy!» ifadəsi necə yaranıb.
Bu gün, 15:47
Rus dilindəki az qala söyüş mənası verən "Yaponskiy gorodovoy!» ifadəsi necə yaranıb. 29 aprel 1891-ci ildə Yaponiyanın Otsu şəhərində səyahətdə olan çarın vəliəhdi Nikolay Aleksandroviçin həyatına sui-qəsd olur. Biva gölünü ziyarətdən qayıdarkən, yunan şahzadəsi Georqi və yapon şahzadəsi Arisuqava ilə birlikdə olan Nikolay, polis əməkdaşı Tsuda Sandzo tərəfindən hücuma məruz qalır. Tsuda Nikolay olan arabaya yaxınlaşıb, qılıncla iki zərbə endirə bilir. Yara ciddi olmasa da, səfər proqramı pozulur və Nikolay mayın 1-də 23 yaşını qeyd etdiyi «Pamyat Azova» gəmisinə qayıdır və altı gün sonra Vladivostoka üzür.. Эльдар Тагиев TEREF