KİV: ABŞ-də zənginlər "genetik superkasta" yaradırlar

Bu gün, 16:08           
KİV: ABŞ-də zənginlər "genetik superkasta" yaradırlar
Silikon Vadisində (ABŞ) texnologiya sahəsinin liderləri gələcək nəsli "daha ağıllı" etmək məqsədilə qabaqcıl genetik testlər və rüşeym seçimi üsullarına sərmayə yatırırlar. Bəzi IT şirkət rəhbərləri gələcək uşaqlarının IQ-sunu proqnozlaşdırmaq üçün 50 min dollara qədər ödəniş edirlər.

Bu barədə "The Wall Street Journal" mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, "Nucleus Genomics" və "Herasight" kimi startaplar 6-50 min dollar aralığında xidmət göstərərək rüşeymlərdə həm xəstəlik risklərini, həm də potensial IQ səviyyəsini təxmin edirlər. Sözügedən sənaye sürətlə böyüyür.

San-Fransiskodan bir mühəndis cütlük isə "ideal" rüşeymi seçmək üçün xəstəlik riskləri və IQ proqnozlarını birləşdirən bal sistemi yaradıb. Onların qız övladı üçün ən yüksək ümumi nəticəyə malik, amma IQ sıralamasında üçüncü yerdə olan rüşeym seçilib.

"Bu sanki elmi-fantastik süjetdir: varlılar hakimiyyəti ələ keçirəcək genetik bir superkasta yaradırlar", - deyə Stanford Universitetinin Hüquq və Biologiya Elmləri Mərkəzinin direktoru Henk Qrili bildirir.

Qeyd edilir ki, ən radikal motivasiyanı Berkli Universitetindən olan rasionalistlər nümayiş etdirir. Onlar genetik inkişafı süni intellekt təhlükəsinə qarşı müdafiə kimi görürlər.

"Berkeley Genomics Project"in həmtəsisçisi Benson-Tilsen hesab edir ki, daha yüksək intellektə malik insanlar süni intellekti insan dəyərlərinə uyğun hərəkət etməyə vadar edə bilər, ya da başqalarına onun yaradılmamasına inandırmağın yollarını tapa bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru