Google qadağan olunmuş məzmunu silmədiyi üçün 3,8 milyon cərimələndi
Bu gün, 11:24
Moskvanın Taqanski Məhkəməsi Google-ı qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə 3,8 milyon rubl cərimələyib. Bu barədə RİA Novosti-yə məhkəmədə bildirilib.
“Moskvanın Taqanski Rayon Məhkəməsinin qərarı ilə “Google” MMC İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib və 3,8 milyon rubl məbləğində inzibati cərimə tətbiq edilib”, - agentliyin mənbəsi bildirib.
Qeyd edilib ki, həmin məhkəmə Google-a qarşı daha iki oxşar protokola baxacaq.