Moskvada benzin bahalaşmaqda davam edir

Bu gün, 11:44           
Moskvada benzin bahalaşmaqda davam edir
Rusiya paytaxtında benzinin qiyməti yayboyu artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moskva Yanacaq Assosiasiyasının (MTA) hesabatında məlumat verilib. Qeyd edilib ki, Moskva yanacaqdoldurma məntəqələrində benzinin bir litri ilin əvvəlindən orta hesabla 3 rubl bahalaşıb.

O da vurğulanıb ki, avqustun 18-nə olan məlumata görə, Moskva yanacaqdoldurma məntəqələrində Aİ-92-nin bir litrinin orta qiyməti ilin əvvəli ilə müqayisədə 2 rubl 97 qəpik artaraq 59,16 rubl, Aİ-95-in qiyməti 3 rubl 20 qəpik artaraq 65,39 rubl təşkil edib. Üstəlik, yayın əvvəlindən Moskva yanacaqdoldurma məntəqələrində aktiv qiymət artımı müşahidə olunur. Ötən həftə isə Aİ-92-nin bir litri 11 qəpik, 95-ci benzin 13 qəpik bahalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru