ABŞ-ın RADARLARA GÖRÜNMƏYƏN YENİ QIRICISI – “F-35C” döyüşlərə hazırdır

29-11-2016, 18:39           

“F-35C” təyyarəsi ilk coxməqsədli və radarlara yaxalanmayan göyərtə qırıcısıdır. Bu təyyarənin 2018-ci ildən ABŞ silahlı qüvvələrinin döyüş cərgəsinə qəbul olunması planlaşdırılır. “AzPolitika.info”nun məlumatına görə, bu barədə ABŞ-ın “The National İnterest” nəşrində dərc olunan məqalədə məlumat verilib. Məqalədə daha sonra bildirili:
-Aviadaşıyanın göyərtəsinə görünməz “F-35C” qırıcının endirilməsi çətindirmi? Geniş qanadlar, gücləndirilmiş şassı, zərbəyə davamlı konstruksiya və bərk örtüyə malik olan bu təyyarə, aviadaşıyıcının göyərtəsindən sərt qalxış və eniş həyata keçirmək üçün hazırlanmışdır. Onun bortundakı elektronika isə, təyyarə pilotuna real uçuş rejimində havadakı döyüş məkanı barədə mükəmməl informasiya əldə etməyə imkan verir. Digər tərəfdən də dənizdə, havada və yerdəki komandirlər döyüş fəaliyyətlərinin yüksək vizual görünüşə malik vahid mənzərisini izləyirlər.
“F-35C” özündən əvvəlki təyyarələrlə müqayisədə daha geniş tapşırıqların yerinə yetirilməsi üçün yaradılıb. Hərbi Dəniz Qüvvələrinin (HDQ) tərkibinə daxil olacaq bu cür “görünməz” qırıcılar daha effektli hücumun həyata keçirilməsinə imkan verəcək.

F-35

Bu təyyarə düşmənin ən müasir Hava Hücumundan Müdafiə(HHM) vasitələrinə və möhkəmləndirilmiş istehkamlarına qarşı aviadaşıyıcının göyərtəsindən havaya qalxaraq, hücum etmək qabiliyyətinə malikdir.Əgər quru qoşunlarının bazası döyüş fəaliyyətlərinin getdiyi zonadan uzaqda olarsa, onda manevr qabliyyətli aviadaşıyanın köməyi ilə “F-35C” təyyarələri düşmən hədflərinə ciddi təhlükə törədəcək.
Bu yeni radarlara görünmyən zərbə qırıcılar döyüş cərgəsinə 2018-ci ildə qoşulmalıdır. İrəlidəki beş ildə ABŞ Hərbi Dəniz Qüvvələri 60 dan artıq bu cür təyyarə almaq niyyətindədir. “F-35C”qırıcılarını qəbul etməyə hazırlaşan ABŞ HDQ-i bu yeni maşınları istənilən qaynar nöqtələrdə istifadə etməyi planlaşdırır.

“F-35C” -in göyərtəyə endirilməsini asanlaşdırmaq üçün yeni “Delta Flight Path” texnologiyasından istifadə olunur.Təyyarəni sınaqdan keçirən pilotlar və mühəndislər belə güman edirlər ki,”Delta Flight Path” eniş zamanı pilotun üzərinə düşən yükü xeyli azaldaraq, təhlükəsizliyi gücləndirəcək.
“F-35C” –nin zərbə qırıcısı olmaqla yanaşı, radarlara yaxalnmadan kəşfiyyat və müşahidə aparmaq tapşırıqlarını qüsursuz yerinə yetirəcəyi də gözlənilir.ABŞ HDQ-i ümid edir ki, yeni təyyarələr donanmanı gücləndirəcək və geniş miqyaslı müharibə yaranacağı təqdirdə, müasir Hava Hücumundan Müdafiə sistemlərinə malik Çin və Rusiya kimi rəqiblərinə lazımı cavab verməyə imkan verəcək .
“F-35C”-in qanadları “F-35A” və “F-35B” modifikasiyalarından daha genişdir.
Bu qırıcılar gövdəisndə 8,6 ton yanacaq və 8 ton silah daşıya bilər. Yüksüz vəziyyətdəki “F-35C”-in boş çəkisi 15 tondur.Təyyarə iki ədəd hava-hava sinfindən olan “AIM-120”raketi, hər birinin çəkisi 900 kiloqram olan “Joint Direct Attack Munitions” mərmiləri daşıyır.

”F-35C” –in maksimal sürəti saatda 1700 kilometr, uçuş məsafəsinin uzunluğuğu isə 2500 kilometirdir. Əvvəllər “Dəniz aviasiyasının konsepsiyası” adı altında dərc olunmuş sənədlərdə “F-35C” haqqında bildirilir ki, onun gücləndirilmiş şassisi və möhkəm ötrüyü sərt dəniz şəraitindəkı böyük çətinliklərin öhəsindən gəlməyə imkan verir.
Bu il “F-35C” özünün üçüncü sınaq mərhələsini keçirib.Texnikanın xüsusiyyətinin müvafiq tələblərə cavab verməsi və ilk mərhələdə əmələ gələ biləcək problem və nasazlıqların aradan qaldırılması üçün dəniz təyyarələri hazırlıq prosesində üç sınaq mərhələsindən keçirlər. 2 oktyabr 2015-ci ildə iki “F-35C Lighthning II” təyyarəsi ABŞ sahiləri yaxınlığında “Duayt Eyzenhauer” aviadaçıyanın göyərtəsində özlərinin ilk eniş və qalxışlarını həyata keçiriblər.

“F-35C” qırıcı təyyarələri “Lockheed Martin” şirkəti tərəfindən hazırlanır.”Pratt&Whitney” şirkəti isə yeni təyyarələr üçün mühərrik istehsal edir.”War is Boring” də daxil olmaqla bir çox nəşrlərin məlumatına görə, “F-35C” təyyarəsinin qiyməti 337 milyon ddllardır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.