Azərbaycanda və Avropada əhaliyə satılan qazın qiyməti

2-12-2016, 21:29           
Azərbaycanda və Avropada əhaliyə satılan qazın qiyməti
teref.az olaraq bəzi məmurların Avropada qazın Azərbaycandan baha olduğunu və bunun əhaliyə heç bir sıxıntı vermədiyini dediklərini nəzərə alaraq sizə Avropanın bəzi ölkələrində qazın qiymətini və bunun əhalinin gəlirlərinə nisbətini sizlərə təqdim edirik.
Avropa İttifaqının statistika komitəsi Eurostatın məlumatına görə, Fransada qazın 1 kubu 7 sent (11 qəpik), Avstriyada 7,3 sent (12 qəpik), İsveçdə 12 sent (20 qəpik), Lüksemburqda isə 5 sentdir (9 qəpik).
Bu ölkələrdə qazın 1 kubunun ortalama dəyəri isə təxminən 7,8 sent və ya 13 qəpikdir.
Deməli, illik 6000 kub qaz sərfiyyatı onlara 468 dollar və ya 780 manata başa gələcək. Bu da onların illik 32 min 27 dollarlıq (55 min 465 manat) gəlirinin 1.46 faizidir. Azərbaycanda isə bu rəqəm 20.4-dür.
Həm orta aylıq əmək haqqı, həm illik gəlir, həm də illik qaz sərfiyyatına baxanda Azərbaycandakı qiymət Avropa ölkələrindən təxminən 14 dəfə bahadır. Orta aylıq əmək haqqı isə onlardan 9 dəfə aşağı.
Və belə olan təqdirdə təbii olaraq qazın qiyməti adları çəkilən ölkələrin əhaləsini narahat etməz.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru