60 yaşında qadın uşaq doğub - Azərbaycanda

1-04-2017, 13:51           
60 yaşında qadın uşaq doğub - Azərbaycanda
Azərbaycanda son 16 ildə 50 yaşından sonra ana olan qadınların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, 1999-cu ildən 2015-ci ilədək Azərbaycanda 50 yaşdan yuxarı qadın 516 körpə dünyaya gətirib. Sözü gedən müddət ərzində ən çox 1999-cu ildə 50 yaşından yuxarı qadının dünyaya 106 körpə gətirdiyi məlum olub. Sonrakı illərdə bu tendensiyada azalma müşahidə olunsa da, 2006-ci ildə 37, 2012-ci ildə 42, 2013-cü ildə isə 46, 2015-ci ildə isə 38 körpə yaşı 50 –dən yuxarı qadınlar tərəfindən doğulub.

Unikal.org-un araşdırmasına görə, 50 yaşdan yuxarı dünyaya uşaq gətirən qadınlar arasında bir neçəsi 60 yaşda olanlar da var.

Qeyd edək ki, 1999-cu ildən 2015-ci ilədək 40-50 yaş arası qadınlar təxminən 33 min 845 körpə dünyaya gətirib. Dövlət Statistika Komitəsindən Unikal.org-a o da bildirilib ki, 2016-ci ildə ölkəmizdə 50 yaşdan sonra ana olanların statistikası da açıqlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru