31 mart,20 yanvar,26 fevral .....
2-04-2017, 21:45
Azərbaycan Türk Tarixi yağı düşmanların törətdiyi faciələr və acı gərcəklərlə doludur.Şanlı tariximizdə düşmanlarımıza görə tək suçumuz Türk və müsəlman olmağımız olmuşdur .Bu səbəbdən bizlərə qarşı nankorcasına düşmanlıq güdürdülər.Bu məqamda belə bir sual edə bilərsiniz" kimlər ?".Təbii ki cavab" ruslar və ermənilər" dir. Ayrıca bu düşmanlığın səbəblərindən biri olan iqtisadi cəhətlərdən sizə bəhs etməyəcəyəm.Bu yazımda sizə tarixi faktlardan daha çox bu soyqırımlarının töredilməsinin ardındakı qaranlıq pərdəni aralayacağam.Bəziləri oxuyunca məni faşist olaraq suçlaya bilər.Ama bu mənim üçün önemli belə deyil.Çünki hər şey göz önündədir və tarix bütün olanları yazır və yazmışdır. 31 mart türklərə qarşı açıq aydın bir soyqırımı idi.Bu soyqırımının səbəbi rusların "müstəqil Azərbaycan qorxusu" idi. Qafqazda müstəqil bir Türk dövləti onların işlərinə gəlmirdi.Çünki dövlət olaraq rusları var edən türk milləti(Azerbaycan,Özbək,Tatar,Qazax,Qırğız Türkləri) olmuşdur.Belki bir müstəqil Türk dövlətinin qafqazda var olması digər Türkləridə müstəqilliyə meyl etdirəcək və baş qaldıracaqlardır.Bu səbəbdən də Azerbaycan Türklərinə qarşı erməni quldurlarıyla birlikdə soyqırımı törətdilər.1918-ci ildə 29-31 mart və 3 aprel günlərində 50 min Azərbaycan Türkü qətlə yetirildi. Təkcə Bakıda 20 mindən çox Azərbaycan Türkü qətl edilmişdir. Azerbaycanın-Bakının mühüm iqtisadi ,siyasi mərkəz olmasi və petrol qaynağı olması hər zaman ermənilərin ,rusların iştahını qabartmışdır.
Azerbaycanlı Türk qardaşlarının harayına ,köməyinə Qafqaz Türk İslam Ordusu gəlidi.Bu şanlı Türk ordusu Oğuz Türk yurdu olan Azərbaycan torpaqları üçün 1132 əsgərini şəhid vermişdir.
Bu soyqırımı Azərbaycan Türklərinin tarixində sonuncu olmadı 1990-ci il 20 yanvar hadisələrində yenidən Bakı başda olmaqla Azərbaycan torpağlarında yenə eyni şərr qüvvələr -rus hərbi qüvvələri ve erməni çetələri,quldurları soyqırımı etdilər.Bu hadisələrin öncəsində isə Sovet dönəmində rus ve ermeni idareçilər utanmadan "xalqların qardaşlığı" safsatası ilə Azərbaycan Türklərini və digər türkləri sosial həyatda alçaldır ,əzirdilər."Xalqların qardaşlığı" safsatasını Azərbaycan Türklərini Türklüklərindən ,soylarında uzaqlaşdırmaq məqsədi ilə istifadə etmişlərdir.Bu qardaşlığın nəticəsi ağır oldu.Belə ki ,Biz Azərbaycan Türkləri,Türkiyəli və Güney Azərbaycandakı qardaşlarımızdan qoparıldıq.Dilimiz və dinimiz beynimizdən ruhumuzdan,könlümüzdən qoparılmağa çalışıldı.Bu siyasətdən ruslar və ermənilər qazanclı çıxdı.Onlar dillərini və dinlərini, qondarma millətlərini bizim torpaqlarımızda yaşatdılar və torpağılarımızı işğal etdilər. Bu siyasətin sonunda erməni və rus quldurları gücləndilər. O dönəmlərdə tələbə olan müəllimlərimdən Azərbaycan şairi Ə.Əhməd bizlərə bir gün başına gələn bir hadisəni danışdı.Dəyərli müəllimim Ağcabədidən Bakıya oxumağa gəldiyini və Bakının mərkəzin ev kirayə tutduğundan danışdı.Sözü gedən ev isə "padval" adlandırdığımız tipde yer altında müvəqqəti bir tələbə evi imiş.Ağcabədidə çox yaxşı şəraitdə yaşadığı halda Bakıda tələbə olduğu üçün o evdə qalmağa məcbur olduğundan bəhs etmişdi.O dönəm şairimizin dəyərli anası Bakıya oğlunu ziyarətə gəlir və gördüyü şərait qarşısında təəcüblənir.Beləki, ana oğlunun qaldığı evin bir "padval" olduğu halda yuxarı mərtəbədə bir rus qadının və itinin hündür bir eyvandan şəhəri seyr ediyini görüb üzülür..Yəni Azərbaycan Torpağında ruslar və ermənilər ən gözəl evlərdə yaşayır,onların övladları hər zaman ən yaxşı otamlarda olur,ama Azerbaycan Türkləri "padval"larda ,nəm basmış evlərdə yaşamalı olur.Şairimizin anasıda o dövrdə oğuluna "bu yaşayış deyil ,sən bu vəziyyətdə bu evdə qalırsan, yad bir qadin və iti səndən üst qatda və səndən üstün şəraitdə yaşayır deyib üzülür.Bu hadisə ilə bizə müəllimimiz dönəmin gərçəklərini anlatmağa, izah etməyə çalışmışdı. O dönəmin çirkabları bununlada bitmirdi.Sovet vaxtında vəzifəli şəxs olmaq, dövlət qulluğunda işləmək üçün erməni və rus qadınlarla evli olmaqda mütləq idi. Yəni açıq aydın Türk millətinin bütün imkanlarını əlindən alırdılar. Digər tərəfdən əsgəri xidmətdə gedən türk millətindən olan gənclərə daima yemekxanalarda və ya tikindi yerlərində görəv veririlirdi. .Mümkün olduğu qədər silhlardan və əsgəri təlimdən uzaq tutulurdular.Bunun səbəbi heç şübhəsiz.rusların savaşmağı bacaran türk milətinə qarşı dura bilməyəcəklərini anlamaları idi.Bütün bu imkanları istifadə edən ruslar və ermənilər daha da qudurdular və vətənimizin torpağına sahib çixmağa niyətləndilər.
1992-ci il 26 fevral tarixində rus erməni qudurları Türk qanına doymadıqlarını göstərib, yenidən Azərbaycan Türklərinə qarşı soyqırımı etdilər.Bir gecənin icində Xocalidaki əhalini yox etdilər,qətl etdilər. Ermənilər- ruslar Xocalıda ,83 uşaq,106 qadın və 70 dən çox yaşlı daxil olmaqla 613 nəfəri amansızca,insanlığa sığmayacaq tərzdə işgəncə edərək qətl etmiş və yüzlərlə əsir almışdır. Bu hadisə Türk millətinə qarşı törədilən növbəti soyqırımı idi.
Sizlərə qısada olsa 31 mart,20 yanvar,26 fevral soyqırımlarından bəhs etdim.Bütün bu tarixi faktlar -dəlilər göstərirki ruslar Qafqazda Azərbaycan Türklərinə qarşı etnik təmizləmə həyata keçirmişdir.Bu etnik təmizləmə sırasında özünə xiristian qardaş bildiyi ermənilərin İki dəniz arasında (Xəzər və Qara dəniz)"Böyük Ermənistan" qurmaq xəyalını da həyata keçirməyə çalışırdılar.Türk torpağlarına erməniləri köçürürdülər. Bütün bu haqsızlıqlara rağmən bu gün bəziləri ruslarla ,ermənilərlə yenidən qaynayıb qarışmağa başlamışlar.Azerbaycan Türk yurdunun sərhədlərini keçən kimi bəziləri gərçəkləri göz ardı edir.Unutmayın erməni quldurları, xirstian -rus qardaşları olmadan biz Azerbaycan Türklərinə qarşı sadaladığımız soyqırımlarını törede bilməzdilər.Diqqət etdinizsə "soyqırımları "dedim.Bəli bir dəfə deyil, dəfələrlə bizlərə qarşı soyqırımı törətdilər.Bu məqamda məşhur Türkiyəli Türk düşünür ,ədib və şair Mehmet Akif Ersoyun bu misralarını xatırlatmaq istəyirəm: " Tarix təkərrürdən ibarətdir deyirlər.Heç ibrət alınsaydı tekerür mü edərdi?." Bu sözlərə diqqət edin ,bizə qarşı dəfələrlə soyqırımı edən erməniləri ,rusları bağışlayıb yenidən onlarla yaşadığımız üçün yenidən tarix təkrar etdi və onlar yenə bizə qarşı soyqırımı törətdilər.Eyni xətanı təkrarlayarıqsa, yenə bu ermeni məxluqlarının xəyanətinə şahid olarıq! Qisaca safqan Türk milləti olan Biz Azərbaycan Türklərinə qarşı daima qərəzli siyasət yeridən erməni və ruslara qarşı yenidən qardaş münasibəti bəsləmək hər zaman bizlərə həm siyasi,həm mədəni,həm də etnik baxımdan zərər verəcəkdir ,necəki daima zərərli olmuşdur.Sizlərə bu yaxınlarda Rusların "genetik balans pozulur və miqrantları ölkəmizdən çıxarırıq" siyasətini xatırlatmaq istərdim.Onların miqrant deyərək ölkədən çixarmağa çalışdığı(Azərbaycan,Özbək,Qırğız,Tacik)Türklər idi.Ruslar müasir zamanda" faşistliyi " bu bahanə ilə etməyə çalışmışdır. Ama bu siyasət heç də uğurlu olmadı .Çünki" Türklərin ölkədən çixarılması" siyasəti davam etsəydi,Rusyada sosial həyatda hərəkətlilik olmazdı və həqiqətən bu işçi qüvvənin yox olmasına gətirib çıxarardı.Beləliklə bu siyasətdən məcburən vaz keçməli oldular.Burdan anlayacağınız, əgər əllərində imkan olsa ruslar yenə bizlərə qarşı qərəzli siyasətlərinə açıq aydın davam edərlərdi.Bu səbəbdən bizlər daima ehtiyatli və güclü olamalıyıq.Nə mutlu Türküm deyənə!
YAZAR:AYNUR TALIBLI,İstanbul Sabahattin Zaim Üniversitesi.Tarih və Mədəniyyət Araşdırmaları Bölümü.Yüksek Lisans.