Tarixin ən əxlaqsız şəhəri yenə alimləri çaşdırdı - SEVGİLİLƏR KİŞİ ÇIXDI

9-04-2017, 11:02           
Tarixin ən əxlaqsız şəhəri yenə alimləri çaşdırdı - SEVGİLİLƏR KİŞİ ÇIXDI
Bir günün içində yerlə-yeksan olan, tarixin yaddaşında sözün həqiqi mənasında daşlaşmış Pompeylə bağlı daha bir fakt üzə çıxıb. Bu günə qədər qucaqlaşmış şəkildə daşlaşmış və alimlərin “Sevgililər” adlandırdığı insan qalıqları (ya da bütövlüyü! “Heykəl” dünən hazırlanmış kimi qalıb) alimləri təəccübləndirib. Məlum olub ki, daşlaşmış adamlardan hər ikisi kişidir. Kül və lava qalıqları altından tapılan bu “heykəl” üzərində DNT analizi aparılıb. Nəticəyə görə sevgililər 18 və 20 yaşlarında iki gənc oğlan olublar. Halbuki alimlər onu dünyaya sevginin daş rəmzi kimi təqdim edirdilər.
Əslində bu fakt alimləri təəccübləndirməməli idi. Çünki Pompey şəhərinin açıq səma altında fahişəxana olduğunu elə onlar dünyaya ağah etmişdi. Güman ki, daş insandan birinin külü təmizlənərkən qadın paltarında olması onları çaşdırmışdı.

Bu fahişəxanada kütləvi orgiyalar, eynicinsli əlaqələr baş alıb gedirdi. Məhz elə bunun nəticəsi idi ki, Vezuvi vulkanı eramızın 79-cu ilində püskürərək Pompey, Herkulanum və Stabiya şəhərlərinin yox olmasına səbəb olub. Bu şəhərlər əhalisi ilə birlikdə külün, palçığın altında qalaraq bu günümüzə yeraltı daş heykəllər olaraq gəlib çatıblar. O zamankı çoxallahlılıq dövründən ta sonrakı səmavi dinlərə qədər – hamısı Vezuvi dəhşətinin Allahın qəzəbi olduğunu təsdiqləyir. Çünki tarixin gördüyü ən pozğun dövr məhz həmin illərə təsadüf edir. Əxlaqsız imperator Kaliqulanın hakimiyyəti dövründə cinsi münasibətlər sərhəd tanımırdı. Nəinki toplu şəkildə, hətta bazarda, küçədə insanların kütləvi halda izdivaca girdiyi bir mənzərəni təsəvvür etmək, bəlkə də, çirkin təxəyyülün bəhrəsi hesab oluna bilər, amma deyil – həqiqət olub. Ən dəhşətlisi, insest (ailə üzvlərinin cinsəl münasibəti) ən adi pompeylinin evində naharsonrası “çərəz” hesab olunurdu. İmperator Kaliqulanın öz bacısına aşiq olaraq törətdiyi günah digər sakinlərə də “nümunə” olmuşdu. Pompeyin hər yeri əxlaqsızlıq evləri ilə dolu idi. Cinsi azlıqlar əlindən burda tərpənmək mümkün deyildi.

Hadisənin baş verdiyi gün - Pompeyin son günü həyat həmişəki kimi davam edirdi. Bir neçə yüngül zəlzələ olsa da, sakinlər buna əhəmiyyət vermir, keflərinə davam edirdilər. Pozğunluqdan, əyyaşlıqdan başlarını itirmiş insanlar heç nəyi görmür, hər şeyə laqeyd yanaşırdılar. Və budur, qorxunc partlayış baş verir. Şəhərin başına kül ələnir, boğucu qazdan nəfəs almaq mümkün olmur. Qorxunc fəlakətdən heç kim xilas ola bilmir. 18 kilometrlik Pompey kül və qaynar palçığın altında qalır.

Hətta illərdən, əsrlərdən sonra Pompeyin qalıqları tapılarkən bu acı gerçəyin göstəriciləri görənləri dəhşətə gətirmişdi. 1748-ci ildən başlayaraq Pompey ərazisində qazıntı işləri aparılıb. 1941-1950-ci illərdə artıq Pompeyin bir çox hissəsini qazıb çıxartmışdılar, o cümlədən şəhərə giriş darvazası, evlər, məbədlər, hamam, amfiteatr, abidə qalıqları kül və daş yığınının altından təmizlənmişdi. Qazıntı aparan arxeoloqları dəhşətə gətirən o idi ki, şəhər elə bil donmuşdu. Əxlaqsızlıq edən insanlar elə olduqları utancverici vəziyyətdə daşlaşmışdılar. Tapılan daş bədənlərin bir neçəsi qovuşuq-bitişik halda olduğundan, araşdırılıb və ekspertiza nəticələri tüklər ürpədib. Onların çoxu eyni cinsə mənsub olanlar, uşaqbazlar və ailə üzvləri olub. Dəhşətlisi odur ki, belə cütlüklər, hətta üçlüklər, dördlüklər başqa evlərdə də aşkarlanıb.

İlahi cəza alimlərlə yanaşı, adi insanları da müəmma qarşısında qoyub. Gör vulkan nə qədər ani və sürətli olub ki, insanlar iyrənc əyləncəsindən qalxmağa belə macal tapa bilməyiblər. Və bəşəriyyətə görk olsun deyə olduğu kimi daşlaşaraq bu günə qədər də torpağın qoynunda saxlanıblar.publika.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.