13 min il əvvəl əcdadlarımız necə idi, indi biz necəyik? – ANTROPOLOQ: “Ərəb qadınları türk kişiləri görüb ərəblərə xəyanət edirdilər”
5-05-2017, 14:17
Qədim tarixə malik olan Azərbaycan xalqının, antroploji özəllikləri, bir tip olaraq fərqlilikləri hamıya maraqlıdır. Qədim daş dövründən başlayaraq, tarixin demək olar ki, bütün dövrlərinə şahidlik etmiş əcdadlarımızdan qalan antropoloji qalıqlar öyrənilən zaman azərbaycanlıların özünəxas antropoloji xüsusiyyətlərinin olduğu üzə çıxıb. Bu haqda az sonra…
Bu sahənin əsas tədqiqatçılarından olan, antroploq alim Kərəm Məmmədov antropoloji tiplərin bütün dünyada necə müəyyən edildiyi haqqında məlumat verib:
“Etnik kimliklə antropolji kimliyi qarışdırmaq lazım deyil. Bəzən elə olur ki, linqivistik sistemlə irqi sistemi qarışdırırıq. Belə bir ifadə də yaranmışdı – türk irqi. Axı türk irqi deyilən ifadə yoxdu. Linqivistik təsnifatda türk dilləri Altay dil ailəsinə aiddir. Antropologiya daha çox morfoloji quruluşa əsaslanan sistemdən götürülüb. Ancaq istənilən halda gen deyilən məfhum da var. Genlərlə linqivistika müəyyən mənada üst-üstə düşür. Sadəcə, burada təbii –coğrafi şərait məsələsi də var. İrqlərin, morfoloji quruluşların formalaşmasına təsir edən 3 mühüm amil var: bunlardan biri təbii coğrafi şəraitdir. İnsan ona adaptasiya olunur, uyğunlaşır. Məsələn, zəncilərin qıvrım saçı, sarı irqə mənsub olanların göz qapaqlarında xüsusi qoruyucunun olması. Bunların hamısı coğrafi amillərin təsiri ilədir. Yəni gözlərdəki qoruyucunun olması həmin ərazilərin təbiətindən irəli gəlib. Orada baş verən qum fırtınası zamanı qumun gözə girməməsi üçündü. Yəni göz üçün qoruyucu aparat rolunu oynayır. Zəncilərin qıvrım saçı Günəş şüalarının birbaşa daxil olmasının qarşısını alır. Onlardakı enli burun isti hava kütləsinin daxil olması zamanı soyuducu rolunu oynayır.
Ağ irqə mənsub insanların ayaqlarının uzun olması aşağı ətrafların donmaması üçündür. Bu təbii çoğrafi şəraitə uyğunlaşma ,adaptasiya amilidir.
İkincisi isə izaolyasiyadır. Bizim dildə desək, təcridolunma. Burada təbii ki, söhbət coğrafi təcrid olunmadan gedir. Bəzən, hər hansı toplum elə bir ərazidə yaşayır ki, o ana etnosdan təcrid olunur. Coğrafi mənada təcridolunma nə kimi effekt verir?- Təcrid olunan toplum ana toplumdan piqmentsasiyasına görə fərqli şeylər toplayır. Tutaq ki, ana etnos qara saçlı, qara gözlüdürsə, izaolyasiya olunmuşlar üç nəsildən sonra sarı saçlı, göz gözlü olur. Çünki gen dreyfi deyilən proses baş verir və bunun nəticəsində piqmentasiya dəyişir. Bu biologiyada da var ki, bir nəsildən olan 9 qara pişik nəsli bir-birilərilə evlənsələr, onuncu pişik ağ rəngli olur. Buna genlərin qreyfi deyilir.
Morfoloji quruluşa təsir edib onu formalaşdıran üçüncü amil isə qarışmadır. Bu daha çox siyasi tələblərdən irəli gəlir. Məsələn, xalqların böyük köçü, məcburi şəkildə bir yerdən başqa yerlərə aparılması qarışmalara gətirib çıxarır. Nəticədə ağ irqlə qara irqin qarışığından mulatlar, qara irqlə sarı irqin qarışığından sambolar, ağ irqlə sarı irqin qarışından metislər törəyir”.
Alimin azərbaycanlıların aid olduğu antroploji tip haqqında dedikləri daha maraqlıdır. Onun fikrincı, 13 min il əvvəl Mezolit dövründə əcdadlarımız hansı formada olubsa, biz günü bu gün də o cür morfoloji quruluşdayıq:
“Çox təəssüf ki, sovet vaxtında belə bir eybecər tendensiya formalaşmışdı. Bunu bizim özümüzə də təlqin etmişdilər. Guya, biz tarix boyu gah onun, gah bunun asılılığında olmuşuq. Xeyr, Azərbaycan ömrü boyu türk hakimiyyətində olub. Türklər hər zaman dominant olublar. Türklərin də guya monqoloid irqinə mənsub olmaları haqqında fikir kökündən yanlışdır. Azərbaycanların bugünkü antropoloji quruluşu- uzun baş, ensiz sifət, gözdə etikampusun müşahidə edilməməsi və digər əlamətlər ta Mezolit dövründən formalaşıb. İndi bizim olduğumuz ərazilərdə yaşayan əcdadlarımızın antropploji quruluşu Mezolit dövründə də belə olub. 13 min il bundan əvvəl əcdadlarımız necə idisə, biz də indi eləyik. Ancaq qonşu xalqlara münasibətdə bunları söyləmək mümkün deyil. İstər Mezolit, istər Neolit, istər Erkən Tunc dövründə, istər Orta Tunc dövründə Cənubi Qafqaz ərazisində tapılan poleantropolji qalıqlarla hayların heç bir bağlılığı yoxdu. Çünki hayların yaşadığı indiki ərazilərdə tapılan antropoloji qalıqlar- kəllə quruluşu indikilərlə uyğun gəlmir. Bütün bunları təsdiqləyən dünya səviyyəli alimlər var. Onların hamısı deyir ki, tapıntıların Qafqaz erməniləri ilə heç bir əlaqəsi yoxdu. Hətta Şərqi Gürcüstanda tapılan antropoloji qalıqların heç birinin indiki gürcülərlə morofoloji bağlılığı yoxdu. Son vaxtlar etiraf edirlər ki, o ərazidəki tapıntılar, onların aşkarlandığı San tavro qəbiristanlıq şumerlərə aid olub”.
Müsahibin şəxsən özünün elmə gətirdiyi “Oğuz irqi” anlayışı da azərbaycanlıların antroploji quruluşu haqqında daha dəqiq məlumatlar öyrənməyə imkan yaradır:
“Bizim bugünkü antropoloji tipimiz haqqında ən orijinal fikir bundan ibarətdir: bir zamanlar alimlər barəmizdə müxtəlif tiplərə aid edirdilər. Xorasan tipi deyənlər də olurdu. Amma mən elmi dövriyyəyə “Oğuz tirqi” deyilən anlayış gətirdim. Ərəb qaynaqları da etiraf edilər ki, oğuzlar olaraq biz ensiz sifətə, uzunsov başa, hündür qamət tipinə aidik. Bu Cənubi Qafqazda ən geniş yayılmış tipdi. Dərbənddən Çimkəndə qədər, Bakıdan Ərzuruma qədər olanların hamısı bu tipin nümayəndələridir. Oğuz irqinin Şərq qolu isə türkmənlərdir. Bütünlüklə bu irq haqqında ərəb qaynaqları yazır ki, ərəb əyanları türk qvardiyasının şəhərə daxil olmasına icazə vermirmişlər. Çünki ərəb qadınları ərəb kişilərinə xəyanət edirmişlər. (modern.az)