Biznesmenin oğlunun “Porsche” ilə öldürdüyü qadınla bağlı — MARAQLI FAKTLAR

6-05-2017, 10:29           

2 gün əvvəl Bakının Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmamış Ağəli Fərəclinin idarə etdiyi "Porsche Cayenne Magnum" markalı, 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə vurub öldürdüyü qadının meyiti ailəsinə verilib.

teref.az Lent.az-a istinadən xəbər verir ki, Gürcüstan vətəndaşı, 1992-ci il təvəllüdlü Məmmədova Xəyalə Ənvər qızının nəşi bu gün günorta saatlarında ailəsinə verilib.

X.Məmmədovanın ailəsindən bildirilib ki, hadisəni törətmiş yeniyetmənin biznesmen atası Füzuli Fərəcov onlara xeyli köməklik edib və meyitin götürülüb yola salınması ilə bağlı bütün xərcləri, eləcə də dəfn mərasimi ilə bağlı müəyyən məsələlərin həllini üzərinə götürüb.

O da məlum olub ki, X.Məmmədova iki körpə qızı ilə Bakının müxtəlif yerlərində kirayə yaşayıb. Təxminən 6 ay əvvəl isə o, uşaqları ilə birgə Zığda kirayə ev tutaraq ora köçüb. Mayın 6-da X.Məmmədovanın 25 yaşı tamam olacaqmış.

Məlum olub ki, qəzanın baş verdiyi yerdə kamera yoxdur. Həmin vaxt qəzanı törədən "Porsche" yolun aşağı və yuxarı hissəsindəki kameralara düşüb və bu məlumatlar əsasında müəyyənləşdirilib. O da məlum olub ki, hadisəni törədən şəxsin 15 yaşı bir müddət əvvəl tamam olub və cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazım olan 16 yaşı tamam olmayıb. Bu səbəbdən o, saxlandıqdan və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.